Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
21.08.2022

Folklor İnstitutunun əməkdaşlarının məqalələri Türkiyədə nəşr olunan kitabda yer alıb

Bu günlərdə əsərləri dünyanın əllidən çox dilinə çevrilmiş, Azərbaycan, türk, rus, fransız, yapon, qazax, rumın, alban, macar dillərində qırxdan çox kitabı yayınlanan Türk dünyasının ünlü şairi Məmməd İsmayılın adına Türkiyədə kitab ərməğan olunub. “Prof. Dr. Mehmet İsmail Armağanı” adlı kitabda şair, yazıçı, və elm adamlarının Məmməd İsmayıla həsr olunmuş şeirləri, xatirə yazıları və elmi məqalələr yer alıb. Bu kitab, əsərləri nəinki XX əsr Azərbaycan poeziyasının, eləcə də Türk dünyasının nadir incilərindən sayılan Məmməd İsmayıla ərmağandır. Onun poeziyası milli ruhu daşıyan, türklük düşüncəsini məfkurə bilən insanlara daha çox doğmadır. Poetik irsi xüsusi özəlliyə malik olan şair Azərbaycan intellektual ədəbiyyatının yaradıcılarından biridir. Şairin poeziyası xəlqi mahiyyət daşısa da, daha çox milli ziyalı çevrəsinə ünvanlanıb. Çünki milləti millət edən onun qabaqcıl ziyalıları, fikir və düşüncə insanlarıdır. Şəxsiyyəti və yaradıcılığı, özü və sözü bir olan Məmməd İsmayıl ədəbiyyata gəldiyi ilk gündən bu günə qədər qədər bu bütövlüyü və harmoniyanı qoruyub, özünü də, sözünü də millətin könül dünyasında qazandığı böyük sevgi və sayğı ilə yaradıcılığının ilk dövründən təsdiqləyib. Məmməd İsmayılın sözü xalq ruhunun çırpıntısını, ürək döyüntüsünü öz ritmində və intonasiyasında ifadə edən ən mükəmməl nümunələr kimi seçilir.
Kitabda AMEA Folklor İnstitutunun əməkdaşları- fil.ü.f.d., dos. Atif İslamzadənin "Dede Korkut Kitabında Bir Mekan İşareti Olarak Türküstan", fil.ü.f.d.,dos. Aynur Aydın qızı - İbrahimovanın "Məmməd İsmayıl şeirinin folklor qaynaqları", fil.ü.f.d.,dos. İlhamә Qəsəbovanın "Məmməd İsmayıl yaradıcılığı funksional üslub sistemində" və fil.ü.f.d.
Xәyalә Orucqızı - Ağayevanın "Məmməd İsmayıl yaradıcılığında Vətən mövzusu" başlıqlı məqalələri də yer alıb.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.