Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlil “Həyat dəbi-mədəni kod” adlı II Beynəlxalq Etnodəb festivalında iştirak edib
3-5 avqust 2022-ci il tarixində RF –Tatarstan Respublikasının Kazan şəhərində Tatarstan Mədəniyyət Nazirliyinin, Tatarstan Respublikasında Mədəniyyət Sferasında İnnovasiyalrın Tətbiqinin və Ənənələrin Qorunmasının Resurs Mərkəzinin, Tatarstan Elmlər Akademiyasının, Kazan Federal Universitetinin, və Ümumdünya Tatar Konqresinin birgə təşkil etdiyi “Həyat dəbi-mədəni kod” adlı II Beynəlxalq Etnodəb Festivalı çərçivəsində “Müasir mədəniyyətin epik konstantı: milli eposların qorunması və populyarlaşdırılması problemləri” mövzusunda Beynəlxalq konfrans keçirilib. Konfransda Rusiya Federasiyası ilə yanaşı bir sıra xarici ölkələrədən alimlər iştirak ediblər.
AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin müdiri Ağaverdi Xəlilov konfransda “Mədəni institut və mənəvi dəyər konseptlərinin qorunması və ötürülməsində eposun rolu” adlı məruzə ilə çıxış edib.
Konfransda iştirak edən mütəxəssislər müasir dövrdə ənənəvi mədəniyyətin, o cümlədən eposun qorunması və yaşadılması problemlərini müzakirə ediblər. Müzakirə nəticəsində humanitar institutların qorunmasının əhəmiyyəti vurğulanıb, mənəvi dəyərləri öyrənən və populyarlaşdıran elmi-tədqiqat institutlarına dövlət dəstəyinin artırılmasının vacibliyi qeyd olunub, eposun qorunması və onda daşınan humanizm ideyaları və dövlətçilik dəyərlərinin gələcək nəsillərə itkisiz və zədəsiz şəkildə çatdırılmasının önəmini ifadə edən elmi qətnamə hazırlanıb. |