Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
05.08.2022

Əlirza Sərrafi Folklor İnstitutunda qonaq olub

04 avqust 2022-ci il tarixində İranın Təbriz şəhərində fəaliyyət göstərən "El bilimi" müəssisəsinin icraçı direktoru, eyni zamanda eyniadlı dərginin redaktoru, dəyərli ziyalı Əlirza Sərrafi AMEA-nın Folklor İnstitutunda qonaq olub. İnstitutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Xürrəmqızı qonağı səmimi qarşılayıb və təmsil etdiyi qurumun fəaliyyəti, gördüyü işlər barədə geniş məlumat verib. Güneyli ziyalı gəlişinin əsas məqsədinin İnstitutda Güney Azərbaycan folkloru ilə bağlı görüləcək işlərlə təmsil etdiyi qurumun əməkdaşlığının davam etdirilməsi olduğunu bildirib. İcraçı direktor, dosent Afaq Xürrəmqızı görüş zamanı bildirib ki, Folklor İnstitutunda fəaliyyət göstərən Cənubi Azərbaycan folkloru şöbəsi tədqiqat istiqaməti kimi güneydən toplanan folklor örnəklərinin tədqiqi, onların məzmun, tutum və ideya baxımından araşdırılıb sistemləşdirilməsini qarşıya əsas məqsəd qoyub. İcraçı direktor A.Xürrəmqızı sözügedən şöbənin artıq 12 cilddən ibarət “Güney Azərbaycan folkloru” kitablarının nəşrini həyata keçirdiyini də qonağın diqqətinə çatdırıb. Söhbət zamanı güneyli tədqiqatçı də bu istiqamətdə Təbrizdə genişmiqyaslı işlərin aparıldığını qeyd edərək bildirib ki, zaman -zaman Güney Azərbaycanının müxtəlif bölgələrindən səsli fayllarda dastan mətnləri toplayıb, dastan gecələri keçiriblər. Bu günə qədər "El bilimi" dərgisinin Qaşqay türklərinin folkloru, nağıllar, Məhərrəmlik ritualları ilə bağlı özəl sayları nəşr olunub. Qonaq hal-hazırda dialektoloji lüğət üzərində iş getdiyini də diqqətə çatdırıb. Ə.Sərrafi söhbət zamanı Folklor İnstitutuna Güney Azərbaycan folkloru layihəsinə görə təşəkkür edib və bu layihənin gələcəkdə də davam etdirilməsi üçün İranda nəşr olunan Azərbaycan folkloru materiallarını İnstituta təqdim edib. O, gələcəkdə də bu işdə əlindən gələn köməyi əsirgəməyəcəyini və qarşılıqlı əməkdaşlıqdan məmnun olduğunu bildirib.

Görüşdə iştirak edən Folklor İnstitutunun Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri, fil.ü.f.d.,dos. Mətanət Abbasova isə bildirib ki, sözügedən layihənin cildlərində yer alan materiallarda Əlirza Sərrafinin xüsusi əməyi olub. Şöbə qurulan gündən "El bilimi" dərgisi ilə fəal əməkdaşlığa başlanılıb. Növbəti cildlərdən olacaq XlV kitabın əksər materialları da məhz Əlirza Sərrafinin təqdim etdiyi dastanlardan ibarətdir və buna görə o, qonağa minnətdarlıq hissini ifadə edib. M. Abbasova fikirlərinə əlavə olaraq qeyd edib ki, Cənubi Azərbaycan folkloru toplularının transliterasiyası, canlı danışıq dilinin, milli koloritin qorunub saxlanılması, nəzəri problemlərinin araşdırılması rəhbərlik etdiyi şöbənin əsas prioritetlərindəndir.
Görüşdə Güney Azərbaycan folkloru şöbəsinin bir qrup əməkdaşı da iştirak edərək məsələ ilə bağlı fikir mübadiləsi yürüdüblər.
Görüşün sonunda qonağa Folklor İnstitutunun "Güney Azərbaycan folkloru" silsiləsindən nəşrləri və disklər hədiyyə edilib, xatirə şəkilləri çəkilib.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.