Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
01.08.2022

Əməkdaşımız beynəlxalq simpoziumda çıxış edib

İyulun 28-də fil.ü.f.d. Elçin Qaliboğlu Türkiyənin Kapadokya Universitetində keçirilən “Aşıq sənəti” simpoziumunda “Azərbaycan sazının fəlsəfəsi” mövzusunda onlayn çıxış edib. Bildirib ki, aşıq sənəti türk ulusunun musiqidə özünəməxsusluğunun ifadəsi olub, dünyaya, həyata, təbiətə, insana ardıcıl, bənzərsiz yaradıcı münasibətini göstərir. Azərbaycan aşıq sənətində türk ulusunun musiqi ruhu bütün incəlikləri ilə ifadə olunur. Burada türk xarakterinin iki əsas cəhəti – döyüşkənlik və zəriflik özünü göstərir. Azərbaycan Sazı – Azərbaycan Türkünün xarakterini, qədimdən gələn, sabaha yol alan möhtəşəm ruhunu ifadə edir. Burada ümumən Türk ulusunun xarakterinin ifadəsi var. Bu yenilməz hal bəşəriliyi tam təsdiq edir. Təbiidir ki, ulusal olmayan bəşəri ola bilməz.
Məqalədə Azərbaycan aşıq sənətinin mahiyyəti ulusal ruhun ölçüsündə araşdırılıb, Azərbaycanın məşhur aşıq havacatlarının fəlsəfi ruhu təqdim edilib. Azərbaycan aşıq sənətinin mayasında Azərbaycan – türk dəyərləri durur. Ulusal (milli) dəyər – ulusun əxlaqi, idraki-bədii yaradıcılığının ifadəsidir, yaşamının, mədəniyyətinin bütün sahələri haqqında sistemli fikirlərin məcmuyu, mahiyyətidir. Azərbaycanın ulusal dəyərləri Azərbaycanın özünəməxsus tarixi, ulusal duyumu, bəşəri siqləti ilə sıx şəkildə bağlıdır.
İndi də bir neçə Azərbaycan saz havasının qısa fəlsəfi anlamı:
“Ruhani” – “Ruhsallıq” anlamlı məşhur havacat ulusal-bəşəri ruh halını musiqinin diliylə yetkin şəkildə ifadə edir. Havacat türkün tanrıçılıq baxışlarının ifadəsidir: tanrı-türk münasibətləri içdən birlik, qovuşma müqəddəsliyi yaradır. Həsrətli, heyrətli, ehtiraslı, ehtizazlı rəqs türk insanının həqiqətə yetə bilmək, halını bənzərsiz ifadə edə bilmək ustalığını təsdiq edir. “Yanıq Kərəmi” - Türkün tanrısına doğru həsrətli, heyrətli yönü, qovuşmasının musiqidə bənzərsiz ifadəsidir. “Cəlili” – Türkün həqiqət şövqünün uca məqamını ifadə edir, ardıcıl, bitməyən, yenilməyən, azalmayan iradəli ruhdur. “Misri” – ulusal qətiyyət, dəyanət, qüdrət, möhtəşəmliklə zərifliyin birliyi biçimində ifadə olunur. “Qaraçı” –türkün Göy tanrısına ümidli, yanğılı qovuşmasıdır və s.
Azərbaycan sazının fəlsəfəsi Azərbaycan ruhunun yetkin ifadəsi olaraq diqqəti çəkir. Saz – ulusallıq yönüdür, ümumən Türk ulusunun varlığının mahiyyətini özündə daşıyır, Azərbaycan mənəvi mahiyyətini daşımaqla yanaşı həm də bənzərsiz özümləşdiricidir.
Saz ifaçısı – aşıq soydan-soya ötürülən bu nadir sənətin universal ifadəçisidir. Şübhəsiz, aşığın yerişi-duruşu, ümumən davranışı, danışığı, səsi, havacat yaratmağı, ifa etməsi, məclislər aparması, dastanları əzbər bilməsi, yəni improvizatorluğu, habelə ustaddan öyrəndiyini öyrətməsi, özünün də ustadlıq məqamına yetməsi və s., bütün bunlar ulusal ruhun özümləşməsində ayrıca rol oynayır. Ancaq sazın – aşıq sənətinin anlamının ruhun işığında görülməsində, bilinməsində fəlsəfi duyum aparıcıdır. Sazın mahiyyətindəki Tanrıçılıq ruhu əcdadın həyatı, təbiəti, özünü anlamasının ifadəsi kimi anlaşılır.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.