Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
13.07.2022

Folklor İnstitutunda “Sabir və xalq gülüşü” mövzusunda Elmi Konfrans keçirilib

13 iyul 2022-ci il tarixində AMEA Folklor İnstitutunda böyük Azərbaycan şairi və görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin anadan olmasının 160 illiyi münasibətilə “Sabir və xalq gülüşü” mövzusunda Elmi Konfrans keçirilib. Konfransı İnstitutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Xürrəmqızı giriş nitqi ilə açıb. A. Xürrəmqızı çıxışı zamanı İnstitutun illik tədbirlər planı çərçivəsində M.Ə.Sabirin yubileyinin keçirilməsinin əhəmiyyətindən bəhs edərək, böyük satirik şairin Azərbaycan ədəbiyyatının parlaq ulduzlardan biri olduğunu qeyd edib, əsərlərinin hər zaman aktuallığı ilə seçildiyini vurğulayıb. A.Xürrəmqızı bildirib ki, M.Ə.Sabirin əsərləri sanki bizi hər zaman izləyir.


İcraçı direktorun giriş nitqindən sonra açılış toplantısının məruzələri dinlənilib. Öncə Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağaverdi Xəlil “Sabirin gülüşü və milli-mənəvi kimlik” mövzusunda məruzə edib. O bildirib ki, Sabir yaradıcılığından bəhs edərkən mütləq gülüşdən, bu gülüşün əsas qaynağı olan xalq gülüşündən danışmaq lazımdır. Bu gülüş Sabirin aid olduğu məktəblə birləşir. Çünki Sabir Molla Nəsrəddin məktəbinin fəal üzvlərindən və aparıcı simalarından biridir. Bu baxımdan Sabirin gülüşündə Molla Nəsrəddin gülüşü var.


Filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadə isə “Mirzə Ələkbər Sabir yaradıcılığının funksional səviyyələri (folklor və yazılı ədəbiyyat konteksti)” mövzusunda çıxış edib. O bildirib ki, M.Ə.Sabir yaradıcılığı, əsasən, funksional səviyyədə üç hissədə ─ forma, janr və mövzu baxımından özünü nümayiş etdirir. M.Ə.Sabirin ədəbiyyatımıza gətirdiyi forma əslində folklordan gəlir. Sabir yeganə sənətkardır ki, “xalqlaşıb”. Məruzəçi çıxışı zamanı Sabirin janr etibarilə bir çox şeir növlərindən istifadə etdiyini və mövzularının rəngarəngliyini də diqqətə çatdırıb.


Son məruzəçi fil.ü.f.d. Elçin Qaliboğlu isə “Sabirin əsərlərində məsəllərdən bəhrələnmə” mövzusunda çıxış edib. O, Sabir yaradıcılığında qəfil dəyişimin özülündə Mirzə Cəlilin dayandığını qeyd edib. Məruzəçi daha sonra bildirib ki, sənətkarlıq baxmından Sabirdə ironiya çox güclüdür, onun kədəri doğmadır, ironiyası isə kədərlə çulğalaşıb.

Açılış toplantısından sonra “Sabir və xalq gülüşü” mövzusunda Elmi Konfrans öz işini iki bölmədə davam etdirib. Bölmə iclaslarında filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva “Mirzə Ələkbər Sabir yaradıcılığında xalq ifadələri”, fil.ü.f.d.Xəyalə Ağayeva “Sabir yaradıcılığında satirik monoloqlar”, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyeva “Mirzə Ələkbər Sabir və Güney Azərbaycan ədəbiyyatı”, filologiya üzrə fəlsəfə doktoru Gülnar Osmanova “Mirzə Ələkbər Sabir satiralarında xəlqilik” və Səbuhi Bədəlov “Mirzə Ələkbər Sabir əvəzolunmaz klassikimizdir” mövzularında məruzələr ediblər.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.