Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
12.07.2022

Görkəmli iqtisadçı alim Akif Musayev vəfat edib

Görkəmli iqtisadçı alim, professor, AMEA-nın müxbir üzvü Akif Fərhad oğlu Musayev bu gün 75 yaşında vəfat edib.
Akif Musayev 18 iyun 1947-ci il tarixində Füzuli rayonunun Qorqan kəndində anadan olub.
1971-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat-Riyaziyyat İnstitutunun aspiranturasına daxil olub.
1977-ci ildə iqtisadi-riyazi üsullar ixtisası üzrə fəlsəfə doktoru, 1992-ci ildə isə xalq təsərrüfatı və onun sahələrinin (sənaye) iqtisadiyyatı, planlaşdırılması və idarə edilməsinin təşkili ixtisası üzrə elmlər doktoru elmi dərəcələrini alıb. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.
Alim əmək fəaliyyətinə 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunun İqtisadi-riyazi modellər laboratoriyasında başlayıb. 1976-1980-ci illərdə Kibernetika İnstitutunda baş elmi işçi, 1980-1991-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda baş müəllim, dosent, 1991-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Maşınqayırma sənayesinin iqtisadiyyatı və menecment kafedrasının müdiri vəzifələrində çalışıb. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 24 sentyabr 1994-cü il tarixli Fərmanı ilə yaradılmış və 11 aprel 1998-ci ilə kimi fəaliyyət göstərmiş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının üzvü kimi ölkədə özəl təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi və dövlət qeydiyyatı mexanizminin yaradılması və həyata keçirilməsi ilə bağlı işlərin təşkilində yaxından iştirak edib.
A.Musayevin rəhbərliyi ilə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda 2001-ci ildən Fiskal siyasətin iqtisadi riyazi modelləşdirilməsi laboratoriyası fəaliyyət göstərir.
O, 1999-cu ildə Vergilər Nazirliyi Tədris Mərkəzinin, eyni zamanda 1999-2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyinin Analitik İnformasiya idarəsinin rəisi, 2000-2007-ci illərdə Vergilər Nazirliyi Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi, 2001-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Vergi və vergi qoyma kafedrasının rəhbəri, 2007-2011-ci illərdə Azərbaycan Universitetinin rektoru, 2011-2013-cü illərdə Vergilər Nazirliyi Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi, 2013-2015-ci illərdə Vergilər nazirinin vergi siyasəti məsələləri üzrə müşaviri vəzifələrində çalışıb.
Alim 400-ə yaxın elmi əsərin, o cümlədən 9 monoqrafiya, 15 dərslik və dərs vəsaitinin, 12 fənn proqramının müəllifidir. Onun elmi kadrların yetişdirilməsindəki xidmətləri də diqqətə layiqdir. A.Musayevin rəhbərliyi ilə 5 elmlər doktoru, 34 fəlsəfə doktoru hazırlanmışdır.
O, “İpək yolu” jurnalının baş redaktoru, ondan artıq yerli və xarici ölkələrin elmi jurnallarının redaksiya heyətinin və qurumlarının üzvü olub.
A.Musayevin tədqiqat istiqamətləri nəqliyyat proseslərinin modelləşdirilməsi, neft maşınqayırma və neft sənayesinin qarşılıqlı fəaliyyətinin modelləşdirilməsi və fiskal siyasətin modelləşdirilməsi sahələrini əhatə edir.
İqtisadçı alim ölkə Prezidenti İlham Əliyevin 9 fevral 2007-ci il tarixli Sərəncamı ilə “Dövlət Qulluğunda fərqlənməyə görə medalı” ilə təltif olunub. Həmçinin Britaniyanın Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi və Amerikanın Şimali Karolina Bioqrafiya İnstitutunun idarə heyətləri tərəfindən dünya elm və təhsilinə verdiyi töhfələrə görə “Beynəlxalq Şərəf Diplomu”na və “Görkəmli lider mükafatı”na layiq görülüb.
O, Gürcüstanın Qafqaz Universitetinin və Azərbaycanın Odlar Yurdu Universitetinın fəxri doktoru, “ASERC” jurnalının baş redaktoru, Rusiyanın “Научные известия” jurnalının redaksiya heyətinin üzvü olub.
Görkəmli alim, bacarıqlı təşkilatçı, gözəl insan Akif Musayevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!

AMEA Folklor İnstitutu

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.