Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
27.05.2022

Elçin Qaliboğlu “Şuşa ili”nə həsr edilən V Beynəlxalq “Həmzə Nigari” Simpoziumunda çıxış edib

17-19 may 2022-ci il tarixlərində Ağdam rayonunun Quzanlı qəsəbəsində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Türkiyənin Amasiya Universiteti və Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şuşa ili”nə həsr edilən V Beynəlxalq “Həmzə Nigari” Simpoziumu keçirilib. Simpoziumda AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elçin Qaliboğlu onlayn formatda “Ədəbiyyatın əbədiyyət borcu və qayğısı” adlı məruzə ilə çıxış edib. Vurğulanıb ki, minillərdir əsil ədəbiyyat insanın həyata, dünyaya, təbiətə, özünə münasibətini ifadə edir. Ədəbi əsərin yaşarılığı həm də yaradıcının ruhunun nə dərəcədə güclü olması ilə bağlıdır. Zəif özünüifadənin məhsulu zamanı ötə bilmədiyindən gerçəkliyə bağlı qalır, sabaha yol ala bilmir. Ədəbi əsərin əbədi olması həm də yaradıcının ləyaqətli ömür yaradıcılığı ilə bağlıdır. Əslində tarix boyunca sevilən ədəbi əsərlər yaradıcısının az ya çox dərəcədə zamanı ötməsi ilə bağlıdır. Yüksək ölçülü yaradıcı peşəkarlığı yaradıcı ömrünü mahiyyətcə təsdiq edir. Ədəbiyyatın heç zaman vaz keçilməyən insani missiyası var. Ədəbiyyatın başlıca qayğısı mahiyyətcə insanı özümlüyünə - ilahi, insani imkanlarına yetirmək olmalıdır. Ədəbiyyatın h’r zaman əbədiyyətə layiq olmaq, onu təsdiq etmək imkanı və borcu var. Məqalədə ədəbiyyatın insani missiyası, ədəbiyyat və zaman, ədəbiyyatın əbədiyyət borcu və qayğısı, ədəbiyyatın mənəvi problemləri, yazıçının özüylə üz-üzə qalmasının gərəkliyi kimi məsələlər təhlil edilib.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.