Əməkdaşımız Azərbaycan radiosunun “Söz naxışı” verilişinin qonağı olub
Bu günlərdə AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elçin Qaliboğlu Azərbaycan radiosunun “Söz naxışı” verilişinin qonağı olub. Verilişdə Azərbaycan folklorunda at obrazı haqqında danışılıb. Vurğulanıb ki, türk təbiəti ta qədimdən fitrətən mənalandıra bilib. Həyatı, təbiəti duyumuyla daxili aləmi arasında birlik yaradıb. Türk mifoloji düşüncəsində ata yaradıcı, güvənli münasibətin kökündə duran onun əcdadın həyatının bütün sahələrində, başlıcası, savaşlarda etibarlı köməkçi olması ilə bağlı idi. At - əcdad üçün bu mənada hər şey demək idi. At zərif olduğu dərəcədə güclüdür.
Tanınmış yazar Günel Natiqin müəllifi olduğu verilişdə tanınmış diktor, xalq artisti Eldost Bayramın səsində Azərbaycan folklorunun müxtəlif janrlarında atla bağlı qənaətlər təqdim olunub.