Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
14.05.2022

Aşıq Şəmşir və Səməd Vurğunun xatirəsinə həsr edilmiş “Aşıq sənəti və yazılı ədəbiyyat” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib

13 may 2022-ci il tarixində Qazax şəhərində Qazax rayon İcra Hakimiyyəti, AMEA Folklor İnstitutu, Ərzincan Binəli Yıldırım Universiteti, BDU Qazax filialı və “Aşıq Şəmşir” Mədəniyyət Ocağının birgə təşkilatçılığı ilə Aşıq Şəmşir və Səməd Vurğunun xatirəsinə həsr edilmiş “Aşıq sənəti və yazılı ədəbiyyat” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib. Konfrans iştirakçıları öncə Şəhidlər Xiyabanını ziyarət ediblər. Daha sonra Mütəfəkkirlər parkına yollanaraq Aşıq Ələsgər və Aşıq Şəmşirin büstləri, eləcə də Səməd Vurğunun heykəli önünə əklillər düzüblər. Sonra Ədəbiyyat muzeyində rəsm sərgisinə baxış keçirilib.


Konfransın açılış toplantısında Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov, BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov, Əməkdar jurnalist Adil Cəmil, Qazax Xeyriyyə İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı və "Aşıq Şəmşir" Mədəniyyət Ocağının sədr müavini Həbib Misirov giriş nitqi ilə çıxış ediblər. Giriş çıxışlarının ardından məruzəçilər Ərzincan Binəli Yıldırım Universitetindən Prof. Dr. Ali Kafkasyalı “Səməd Vurğunun ədəbi irsində milli-mənəvi dəyərlər”, Kırşehir Ahi Evran Universitetindən Prof. Dr. Kubilay Kolukırık “Aşık Şemşir şiirlerinde dini unsurlar ve Aşık Şemşir’in ilahi formunda bestelenmiş iki eseri”, Ukrayna-Gürcüstan Beynəlxalq Universitetindən Prof. Dr. Mahmud Kamaloğlu “Sazla sözün vəhdəti” və Əməkdar mədəniyyət işçisi Misgər Məmmədov “Aşıq Şəmşir yaradıcılığının psixopoetik xüsusiyyətləri” mövzusunda məruzə ediblər.Kırşehir Ahi Evran Universitetindən Prof. Dr. Kubilay Kolukırık məruzə edərkən Aşıq Şəmşirin iki şeirinə bəstələdiyi mahnını da ifa edib. Məruzəçilər sertifikat və ödüllə təltif ediliblər.


Məruzələrdən sonra Aşıq Şöhrət Kəlbəcərli, Aşıq Coşğun Rəhimovun və balabanda Əməkdar mədəniyyət işçisi İbadət Kəlbəcərlinin ifasında "Aşıq Şəmşir və Səməd Vurğun dastanı", eləcə də Aşıq Əli Zeynalabdınov və Əməkdar mədəniyyət işçisi Aşıq Hacı Abdıyevin ifaları dinlənilib. Tədbirdə aşıqların ifasında Xalq şairi Səməd Vurğunun "Azərbaycan" şeiri də səslənib. Sonra şeir, rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub. Plenar iclasının sonunda qarşılıqlı simvolik hədiyyələr təqdim olunub.

Konfrans iştirakçıları tədbir çərçivəsində Səməd Vurğunun ev muzeyini ziyarət edib, eləcə də Avey Dövlət Tarix-Mədəniyyət qoruğunda yerləşən Damcılı mağarasına yollanıblar.
Aşıq Şəmşir və Səməd Vurğunun xatirəsinə həsr edilmiş “Aşıq sənəti və yazılı ədəbiyyat” mövzusunda Beynəlxalq elmi konfrans daha sonra öz işini bölmələrdə davam etdirib. Zoom platforması üzərindən keçirilən bölmələrdə səksənə yaxın məruzə dinlənilib.
Qeyd edək ki, konfransa Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Özbəkistan və Qazaxıstan kimi ölkələrdən də nümayəndələr qatılıb.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.