Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
20.04.2022

Qazaxıstanlı alim Folklor İnstitutunda olub

19 aprel 2022-ci il tarixində Orta Asiya İnnovasiya Universitetinin müəllimi Dr.Arzu Qurbanova AMEA Folklor İnstitutunun qonağı olub. İnstitutun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov qonağı səmimi qarşılayaraq onu institutda görməkdən məmnun olduğunu bildirib, müəssisədə görülən işlər barədə məlumat verib. Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayı çərçivəsində Folklor İnstitutunu ziyarət edən qonaq gəlişinin əsas məqsədinin Azərbaycandakı elmi qurumlarla tanışlıq, eləcə də qarşılıqlı əlaqələrin qurulması olduğunu qeyd edib və çalışdığı ali təhsil ocağı barədə bilgi verib.
Akademik Muxtar Kazımoğlu-İmanov da söhbət zamanı rəhbərlik etdiyi institutun Orta Asiya respublikaları və Qazaxıstanın elm və təhsil müəssisələri ilə əlaqələrindən geniş bəhs edib. Görüşdə Orta Asiya İnnovasiya Universiteti ilə AMEA Folklor İnstitutu arasında qarşılıqlı əməkdaşlıq müqaviləsinin imzalanması qərara alınıb. Görüşdə Folklor İnstitutunun elmi katibi fil.ü.f.d.,dos.Elçin Abbasov və Folklor və yazılı ədəbiyyat şöbəsinin əməkdaşı, fil.ü.f.d.Əpoş Vəliyev də iştirak ediblər.
Görüşdən sonra Dr.Arzu Qurbanova institutda fəaliyyət göstərən şöbələrlə də tanışlıq imkanını əldə edib.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.