Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
31.03.2022

İlhamə Qəsəbova 31 mart - Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbirdə iştirak edib

Martın 30-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə M.Ə.Sabir adına şəhər kütləvi kitabxanada 31 mart - Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə soyqırım qurbanlarının və bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükütla yad edildikdən sonra soyqırım tarixini əks etdirən slayd təqdim olunub.
Tədbirdə AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova da iştirak edib.
Həmkarımız çıxışı zamanı qeyd edib ki, ermənilər 1905-ci ildə Xocalı əhalisini qırıb, 1918-ci ildə sözügedən ərazinin əhalisini ikinci dəfə işgəncə verib öldürüblər. Buradan qaçan əhali Əsgəranın yanından keçib, Qaraqaya deyilən yerə çatanda ermənilərin quldur dəstələri onları tutub, işgəncə verərək acımadan qız-gəlinləri saç-saça bağlayıb Qaraqaya deyilən qayadan atıblar. Qana susamış ermənilər 1905-1908-ci illərdə Qaraqaya deyilən yerdə Xocalı qadınlarının belinə qaynar somovar bağlayıb, sonra isə süngüdən keçirərək Qarqar çayından atıblar. Həmin hadisə 1992-ci il fevralın 25-də yenidən təkrar olunub.
Daha sonra həmkarımız İlhamə Qəsəbova Bakı şəhərində müsəlman əhalisinə qarşı 31 mart 1918-ci ildə ermənilərin törətdikləri qanlı cinayətləri açıb göstərən sənədlərdə yaхşı silahlanmış, təlim keçmiş erməni əsgərlərinin çoхlu miqdarda pulemyotların mühafizəsi ilə hücum etdiyini bildirib. Fikirlərinə davam edən İ.Qəsəbova qeyd edib ki, ermənilər müsəlmanların evlərinə soхulur, bu evlərin sakinlərini qırır, onları qılınc və хəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, baş götürüb qaçan valideynlərin atıb getdikləri südəmər körpələrin, demək olar ki, hamısını öldürüb, özlərini isə elə yaхaladıqları yerdə asıb-kəsirdilər. Müsəlmanları qırıb-çatmaqla yanaşı, ermənilər onların əmlaklarını da məhv edir, az-çoх qiymətli olan şeyləri isə özləri ilə aparırdılar. Sonralar təkcə bir yerdə torpağın altından 57 müsəlman qadın və qızın meyidi tapılmışdır. Onların qulaqlarını, burunlarını kəsmiş, qarınlarını yırtmışdılar. Fövqəladə İstintaq Komissiyasının sənədlərində həmin hadisələrin şahidlərinin ifadəsinə əsasən, 1918-ci ilin martında, yalnız Bakıda daşnaklar bolşeviklər, menşeviklər və başqa partiyalarla birgə 15 mindən çoх günahsız müsəlmanın qətlə yetirildiyi göstərilmişdi.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.