Əməkdaşımız İctimai radioda Od çərşənbəsindən bəhs edib
01 mart 2022-ci il tarixində AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin böyük elmi işçisi Xalidə Məmmədova İctimai radionun "Can, Azərbaycan!" verilişinin qonağı olub. Tədqiqatçı Od çərşənbəsinin maraqlı məqamları haqqında danşıb. Bildirilib ki, digər çərşənbələrdə olduğu kimi, bu çərşənbədə də ocağın üstü boş qalmaz, süfrəyə müxtəlif adda təamlar düzülərdi. Odla bağlı ayinlərin keçirilməsi, tonqalın qalanması odun sakral mahiyyəti ilə əlaqələndirilib. Məlum olur ki, Günəşin yerdəki rəmzi kimi simvollaşdırılan Odla bağlı inanclar Azərbaycan türklərinin mifik təfəkkürünü yaşadır.
|