Əməkdaşımız İctimai radionun “Can Azərbaycan” verilişinin qonağı olub
Fevralın 8-də AMEA Folklor İnstitutunun böyük elmi işçisi, fil.ü.f.d. Elçin Qaliboğlu İctimai radionun canlı yayımında “Can Azərbaycan” verilişinin qonağı olub. Verilişdə Azərbaycan folklorunun mahiyyətindən danışılıb, bilidirilib ki, xalqlın qədimdən üzü bəri düşüncə, yaşam, mədəniyyət soraqlarının məcmusu folklorda ifadəsini tapır. Folklor xalqın ilkin mədəniyyəti, düşüncə tərzi, dünyaya, həyata, təbiətə, insana sistemli baxışıdır. Bu gün dünyada kompüter texnologiyalarının yüksək səviyyədə inkişaf etdiyi zamanda belə qədim ənənələrə ciddi maraq var. Habelə verilişdə Azərbaycan folklorunun toplanılması tarixindən danışılıb, folklor mətninin variantlığı məsələsinə toxunulub, ermənilərin Azərbaycan folklorunun soraqlarına indi də davam edən iddiasının əsassız, məntiqsiz olduğu vurğulanıb.
E.Qaliboğlu Folklor İnstitutunda folklorumuzun toplanılması və tədqiqi işlərinin ardıcıl olaraq aparıldığını, hər il çoxsaylı nəşrlərin işıq üzü gördüyünü bildirib. |