Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
19.01.2022

Folklor İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

19 dekabr 2022-ci il tarixində AMEA Folklor İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbiri giriş sözü ilə İnstitutun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov açıb. Öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Akademik bildirib ki, 1987-1988-ci illərdə Ermənistanda Azərbaycana qarşı təzyiqlər başlayıb və bizim soydaşlarımız oradan vəhşicəsinə çıxarılıb. Qanlı yanvar günlərinə toxunan M.Kazımoğlu-İmanov qeyd edib ki, bu faciənin törədilməsi Azərbaycan xalqının iradəsini sındırmaq cəhdi idi. Akademik sözünə əlavə edərək bildirib ki, 20 Yanvar sıradan bir hadisə deyil, Azərbaycan xalqının iradəsini, ərazi bütövlüyümüz, müstəqilliyimiz uğrunda mübarizəmizi göstərən bir hadisədir. Digər tərəfdən 20 Yanvar bizim üçün nə qədər faciəli gün olsa da, bizim sonrakı qələbələrimizin, mübarizəmizin bir başlanğıc nöqtəsidir.
Akademikin çıxışından sonra Folklor Studiyasının 20 Yanvar faciəsi ilə bağlı hazırladığı sənədli film nümayiş olunub.


Filmin nümayişindən sonra söz fil.e.d.,prof.Seyfəddin Rzasoya verilib. O, çıxışı zamanı bildirib ki, tarix sübut etdi ki, xalqımız öz azadlığını rahat əldə etməyib, bunun üçün mübarizə aparıb. 20 Yanvar hadisələri Azərbaycan xalqının iradəsini ortaya qoyub. Professor sözünə əlavə edərək qeyd edib ki, XIX əsrin əvvəllərindən 1990-cı ilədək rusların apardığı ruslaşdırma siyasəti Azərbaycan xalqını öz milli kimliyindən məhrum edə bilməyib.
Daha sonra söz alan fil.ü.f.d.,dos. İlhamə Qəsəbova bildirib ki, 20 Yanvar hadisəsi əslində 1989-cu il dekabr ayının 1-də Qarabağda Azərbaycan atributlarını götürüb yerinə erməni bayrağının və gerbinin asılması ilə başlayıb. Bunun ardınca da düşmən olan qonşularımız öz dədə-baba torpaqlarımızdan insanlarımızı işgəncələr verə-verə çıxarıblar. Məruzəçi daha sonra ictimaiyyətə naməlum qalan 90-cı ilin daha ağır bir faciəsi haqqında məlumat verib. Məlum olub ki, 1990-cı il martın 23-dən 24-ə keçən gecə Qazağın Bağanıs-Ayrım kəndini ermənilər zirehli maşınlar və silahlarla mühasirəyə alaraq evləri talan edib, insanları diri-diri yandırıblar. Bir ailənin yeddi üzvü ─ ən böyüyü 75, kiçiyi isə 39 günlük olan körpə diri-diri yandırılıb. Kənd əhalisinin köməyinə gedən Bəxtiyar, Kamran qardaşları və Xəqani adlı yaxın qohumları erməni pusqusuna düşüblər, onları da ermənilər ot tayasının altında yandırıblar.
Sonda çıxış edən fil.ü.f.d.,dos.Şakir Albalıyev isə qeyd edib ki, 20 Yanvar hadisələri əsarət boyunduruğundan xilas olmaq istəyən Azərbaycan xalqı və bizi bu boyunduruqdan çıxarmaq istəməyən silahlı imperiyanın toqquşma məqamıdır.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.