Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
14.01.2022

“Həyatını milli yaddaşın oyanışına həsr etmiş alim” mövzusunda Elmi sessiya keçirilib

14 yanvar 2022-ci il tarixində AMEA Folklor İnstitutunda professor Cəlal Qasımovun həyat və yaradıcılığına həsr olunmuş “Həyatını milli yaddaşın oyanışına həsr etmiş alim” mövzusunda Elmi sessiya keçirilib. Sessiyanı giriş sözü ilə institutun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov açaraq bildirib ki, bugünkü sessiya tanınmış alim, gözəl insan, professor Cəlal Qasımovun həyat və yaradıcılığına həsr olunub. Akademik çıxışı zamanı alimin həyat fəaliyyətinin bütün mərhələlərində, harada çalışmağından və hansı cəbhədə fəaliyyət göstərməyindən asılı olmayaraq milli yaddaşımızın oyanışı, gənc nəsil olaraq milli ruhda böyüməyimiz, yaşamağımız, fəaliyyət göstərməyimiz uğrunda mübarizə apardığını nəzərə çatdırıb. M.Kazımoğlu-İmanov Cəlal Qasımova qədər və ondan sonra arxivlərlə işləyən ziyalılar, mütəxəssislər arasında onun səviyyəsində ikinci mütəxəssis tanımadığını da etiraf edib. O, sözünə əlavə edərək bildirib ki, arxiv materiallarını üzə çıxarmaq, onu sistemli şəkildə təhlil etmək, elmi müstəviyə gətirmək, xalqın mənəvi yaddaşı ilə, dünəni, bugünü və gələcəyi ilə, bütövlükdə xalqın taleyi ilə bağlamaq, yüksək elmi və milli istiqamətli təhlillərdən keçirmək hər mütəxəssisin işi deyil. Bu nadir xidmət məhz C.Qasımovun qismətinə düşüb. Akademik çıxışının sonunda bildirib ki, C.Qasımov Azərbaycan ədəbiyyatının, folklorunun və Azərbaycanın ictimai-siyasi və mənəvi tarixinin çox müxtəlif sahələri ilə bağlı 30-dan çox sanballı kitab ortaya qoyub.


Akademikin giriş nitqindən sonra söz məruzəçilərə verilib. İlk məruzəçi fil.e.d.,prof. Seyfəddin Rzasoy “Azərbaycan folklorşünaslığının fədaisi” mövzusunda çıxış edib. Professor məruzəsi zamanı Cəlal Qasımovun çox ağır bir sahənin tədqiqi ilə məşğul olduğunu, 37-ci il qurbanlarının, o ağrılı dövrün həm siyasi, həm də tarixi baxımdan öyrənmənin metodologiyasını verdiyini diqqətə çatdırıb. S.Rzasoy bildirib ki, C. Qasımov öz yaradıcılığı, ziyalı şəxsiyyəti və folklorçu şəxsiyyəti ilə hələ bizim şüurumuzda, Azərbaycan humanitar-filoloji fikrində mənalanmaqda davam edəcək. Alim çıxışının sonunda C.Qasımovu respressiyaşünaslıqda yeganə alim kimi xarakterizə edərək bildirib ki, o, həm də folklorşünaslığa, folklorşünaslıq tarixinin öyrənilməsinə sözün həqiqi mənasında alim etikası gətirib və bu etikanı metodoloji konseptə çevirə bilib.


Fil.e.d. Ramazan Qafarlı isə “Cəlal Qasımov:böyük insan, əsl ziyalı, ədəbiyyat və elm fədaisi” mövzusunda məruzə edib. O, çıxışı zamanı C.Qasımovun təkcə bizə deyil, bütün nəsillərə örnək ola biləcək şəxsiyyət olduğunu vurğulayıb. Alim bildirib ki, C.Qasımovun fəaliyyəti elə çoxşaxəlidir ki, o, gələcəkdə həm ədəbiyyatşünas, həm folklorşünas, həm də tarixçi kmi ayrıca tədqiq olunacaq. R.Qafarlı sonda bildirib ki, C.Qasımov bizim ədəbiyyatımızın, folklorşünaslığımızın və tariximizin qaranlıq səhifələrinə işıq salmaqla böyük irs qoyub gedib və bu əsərlər həmin sahələrin qızıl fonduna daxil olmağa layiqdir.


Fil.ü.f.d.,dos. Tahir Orucov isə “Azərbaycan repressiyaşünaslığının sonuncu mogikanı” mövzusunda çıxış edərək bildirib ki, C.Qasımov, əsasən, repressiya problemlərinə həsr olunmuş qiymətli tədqiqatları, eləcə də Azərbaycan ədəbiyyatşünaslığının ayrı-ayrı məsələləri haqqında yazdığı dəyərli əsərləri ilə ədəbi ictimaiyyət arasında tanınıb. T.Orucov Cəlal Qasımovun əksər qiymətli monoqrafiyalarının bilavasitə repressiyaşünaslıq məsələlərinə həsr edilən dəyərli tədqiqatlar olduğunu diqqətə çatdırıraq vurğulayıb ki, alim bu monoqrafiyalarında XX əsrin 20-50-ci illərində bolşevik rejiminin Azərbaycanda törətdiyi qanlı repressiyalarının mənzərəsini təsvir edib, o dövrün repressiya qurbanları olan Firidun bəy Köçərli, Hüseyn Cavid, Hənəfi Zeynallı, Vəli Xuluflu, Salman Mümtaz, Yusif Vəzir Çəmənzəminli, Bəkir Çobanzadə, Əmin Abid, Bəhlul Bəhcət kimi onlarla görkəmli sənətkarların faciəli həyatını təsvir etməklə yanaşı, onların ədəbi-nəzəri görüşlərini də hərtərəfli şəkildə təhlil edib.


Şair, publisist Mahir Cavadov isə “Tariximizin qaranlıq səhifələrinə aydınlıq gətirən işıqlı adam” mövzusunda məruzə edərək alimin elmə böyük dəyər verdiyini xatırladıb. O, C.Qasımovun Milli Təhlükəsizlik Nazirliyinin arxivində qiymətli materiallara yol tapdığını, xeyli gizli qalmış sənədləri üzə çıxardığını, ümumiyyətlə, bu sahədəki gərgin axtarışlarını sessiya iştirakçılarının nəzərinə çatdırıb. M.Cavadov çıxışının sonunda bildirib ki, C.Qasımov elmə repressiyaşünaslıq mövzusunu gətirib və şübhəsiz ki, onun yaradıcılığı böyük tədqiqatların mövzusu olacaq.


Elmi sessiya iştirakçılarından fil.e.d.Leyla Məmmədova, fil.ü.f.d.Sevinc Əliyeva, fil.ü.f.d.,dos.İlhamə Qəsəbova da alim haqqında xoş sözlər söyləyərək, onunla bağlı xatirələrini bölüşüblər. Sonda tanınmış ziyalının ömür-gün yoldaşı Sevda Qasımova və oğlu Fuad Qasımov alimin xatirəsini yad edib əziz tutduqları üçün İnstitut rəhbərliyinə, bütün sessiya iştirakçılarına və məruzəçilərə dərin təşəkkürlərini bildiriblər.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.