Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
08.12.2021

Folklor İnstitutunda Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

08 dekabr 2021-ci il tarixində AMEA Folklor İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov çıxışı zamanı Heydər Əliyevin hakimiyyətinin iki mərhələsinə ─1969-1982-ci illər sovet dövründəki və 1993-2003-cü illər müstəqillik illərindəki fəaliyyətinə diqqət çəkib. Akademik bildirib ki, bu iki zaman kəsiyində Heydər Əliyevin gördüyü işlərə nəzər salsaq, onun fəaliyyətini bir neçə istiqamətdə qiymətləndirə bilərik. İlk əvvəl vurğulamalıyıq ki, Ulu Öndərin siyası, ictimai və iqtisadi sahələrdə gördüyü işlər, atdığı addımlar Azərbaycanın geridə qalmış respublikadan güclü ölkələr sırasına çıxmasında böyük əhəmiyyət daşıyıb. İnstitut rəhbəri bildirib ki, Heydər Əliyevi yad etmək təkcə onun xatirəsini əziz tutmaq yox, həm də onun fəaliyyətinə, gördüyü nəhəng işlərə nəzər salmaq, o işlərin kontekstində bu günümüzə, sabahımıza baxmaqdır.


Giriş nitqindən sonra institutun Folklor studiyasının Ümummilli Liderlə bağlı hazırladığı “Heydər Əliyev: dastanlaşan ömrün səhifələri” adlı sənədli film nümayiş olunub.
Daha sonra fil.ü.f.d.,dos. Tahir Orucov “Heydər Əliyevin Azərbaycan tarixində rolu və onun Ümummilli Liderə çevrilməsinin səbəbləri” mövzusunda məruzə edib. Alim çıxışında bildirib ki, tarix yaratmaq, tarixə qızıl hərflərlə daxil olmaq hər şəxsə nəsib olmur. Bunun üçün həmin şəxsdə dərin zəka, istedad, bacarıq, dönməz iradə, siyasi uzaqgörənlik və hadisələri qabaqlamaq bacarığı olmalıdır. Bundan başqa liderlik istedadı olan şəxsdə xalqına və dövlətinə məhəbbət kimi ali insani xüsusiyyətlər də mövcud olmalıdır. Bütün bu cəhətləri özündə birləşdirən belə şəxsiyyətlərdən, liderlərdən biri də Azərbaycanın müasir tarixində misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevdir. Məruzəçi çıxışının sonunda bildirib ki, Heydər Əliyevi dahi bir səxsiyyətə çevirən əsas səbəblərdən biri də onun xalqı parçalanmaq təhlükəsindən qurtarması və Azərbaycanı dünyanın tanınan, stabil inkişaf edən dövlətlərindən birinə çevirməsi olub.


Fil.ü.f.,dos. Şakir Albalıyev isə “Siyasi varis məsələsinin real həyatda gerçəkləşməsi” mövzusunda çıxış edərək Heydər Əliyevin böyüklüyünü, uzaqgörənliyini həm də onun İlham Əliyev kimi lider şəxsiyyət yetişdirməsində görüb. Məruzəçi bildirib ki, Ulu Öndər nəinki özünün şəxsi həyatını, hətta ailəsini və övladlarını da Azərbaycanın müstəqilliyi yolunda fəda etməyə hazır olub.
Sonda İnstitutun Mərasim folkloru şöbəsinin müdiri, fil.ü.f.d., dos. Ağaverdi Xəlil “Heydər Əliyev: azərbaycanlılıq nümunəsi və azərbaycançılıq məfkurəsi” mövzusunda məruzə edib. O, Heydər Əliyevi Azərbaycan tarixində çox böyük xidmətləri olan şəxsiyyət kimi xarakterizə edib, Ümummilli Liderin bütün fəaliyyətini birləşdirən əsas istiqamətin Azərbaycana xidmət olduğunu diqqətə çatdırıb. Məruzəçi hər kəsin Ulu Öndərin qoyduğu Azərbaycan ─ Vətən konsepti ətrafında birləşdiyini və digər birləşdirici ünsür axtarmağa ehtiyac olmadığını vurğulayıb.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.