Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
04.12.2021

ƏZİZƏ CƏFƏRZADƏ-100


Əzizə Cəfərzadənin yubileyi ərəfəsində Folklor İnstitutunda görüş keçirilib

03 dekabr 2021-ci il tarixində AMEA Folklor İnstitutunda Azərbaycanın Xalq yazıçısı, ədəbiyyatşünas, folklorşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadənin 100 illik yubileyinə həsr olunmuş ilk tədbir – yazıçının oğlu, riyaziyyat elmləri doktoru Turan İbrahimovla görüş keçirilib. Səmimiyyət və diskussiya şəraitində keçən görüşdə qonaq Ə.Cəfərzadənin yaradıcılıq prosesi barəsində, şəxsi arxivində qorunan əlyazmaları, yubiley ilində yazıçının işıq üzü görən kitabları barəsində məlumat verib. Yazıçının ədəbi irsi ilə bağlı maraqlı məqamlara toxunan qonaq hələ 20-22 yaşlarından anasının yazılarını oxuyub fikir bildirdiyini və bundan sonra əsərlərin işıq üzü gördüyünü qeyd edib. Tarixi roman janrında yazılmış “Natəvan haqqında hekayələr”in hər birinin bayatı ilə başlandığını qeyd edən T.İbrahimov yazıçının romançılığının kökünün də məhz bu hekayələrdə qoyulduğunu bildirib.


T.İbrahimov xalq yazıçısının janr baxımından rəngarəng “Aləmdə səsim var mənim”, “Vətənə qayıt”, “Bakı -1501”, “Bəla” və s. əsərlərinin də ideyaca diqqətəlayiq nümunələr olduğunu vurğulayıb. Ömrünün son illərində Ə.Cəfərzadənin yazı makinasında yaza bilmədiyini və bu səbəbdən də ona makinaçı tapdıqlarını bildirən T.İbrahimov bunun da çox çəkmədiyini və çıxış yolu olaraq diktafondan istifadə etdiklərini qeyd edib. O, yazıçının son əsəri olan “Eşq sultanı”nın diktafon vasitəsilə və öz səsilə yazıldığını diqqətə çatdıraraq, söhbət zamanı onunla bağlı xatirələrini də görüş iştirakçıları ilə bölüşüb və onları maraqlandıran məsələlərə aydınlıq gətirib.
Ə.Cəfərzadənin ev arxivini elektronlaşdırdığını qeyd edən T.İbrahimov bu istiqamətdə gələcək perspektivdəki işlərə də toxunub. Görüş iştirakçılarını Ə.Cəfərzadənin ev muzeyinə dəvət edərək, xalq yazıçısının irsi ilə yerindəcə tanış olmağı təklif edib.
Görüş zamanı iştirakçılar da Ə.Cəfərzadə yaradıcılığı ilə bağlı maraqlı fikirlər söyləyərək, onunla bağlı xatirələrini danışıblar.

Ə.Cəfərzadə irsinin gələcək nəsillərə çatdırılması yolunda böyük işlər görən T.İbahimov yazıçının bir çox kitablarını, eləcə də yeni nəşr olunan “Seçilmiş Əsərləri”ndən ilk on iki cildi institutun kitabxanasına təqdim edib. T.İbrahimov iki cildin də hazır olduğunu və yaxın zamanlarda nəşr olunacağını nəzərə çatdırıb. O, Ə.Cəfərzadənin elmi əsərlərindən ibarət on beş cildin də hazırlanacağını bildirib. T.İbrahimov müəllifin kitablarını, eləcə də özünün müəllifi olduğu “Hikmətlər mücrüsü” kitabını imzalayaraq iştirakçılara hədiyyə edib.
Daha sonra T.İbrahimov AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin əməkdaşı, fil.ü.f.d.Gülsümxanım Hasilovanın yazıçının anadan olmasının 100 illiyi ərəfəsində nəşr edilən “Əzizə Cəfərzadə və folklor” adlı tədqiqat əsərini yazıçı haqqında yazılmış uğurlu kitab hesab edərək müəllifə təqdim edib.
Sonda institut əməkdaşları T.İbrahimova bu səmimi görüş üçün təşəkkürlərini bildirərək Folklor İnstitutunun yaxın günlərdə Əzizə Cəfərzadənin 100 illik yubileyinə həsr olunmuş Seminar keçirəcəyini vurğulayıblar və qonağı bu seminarın işində yaxından iştirak etməyə dəvət ediblər.
Xalq yazıçısı Əzizə Cəfərzadənin anadan olmasının 100 illik yubileyi ərəfəsində keçirilən görüşdə Folklor İnstitutunun Elmi işlər üzrə direktor müavini, fil.ü.f.d.,dos.Oruc Əliyev və institutun bir çox şöbə əməkdaşları iştirak ediblər.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.