Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
30.11.2021

"Qorqud” folklor ansamblının bədii rəhbəri İstanbulda konsert proqramında iştirak edib

Bu günlərdə Türkiyənin İstanbul şəhərində Azərbaycanın Zəfər günü və ustad şair Məhəmməd Füzuli poeziyası ilə bağlı konsert təşkil olunub. İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə təşkil olunmuş konsertə AMEA Folklor İnstitutunun “Qorqud” folklor ansamblının bədii rəhbəri, Respublikanın əməkdar artisti Nuriyyə Hüseynova və İranın Təbriz şəhərindən muğam müsabiqəsinin qalibi Nasir Atapur qatılıblar. İfaçılar həm Füzuli kantatasını, həm də Bayatı-Şiraz muğam dəstgahını ifa ediblər. Tamaşaçı alqışlarından sonra “Bir çoban qızı” adlı xalq mahnısı da ifa edilib.

Tədbir İstanbulun ən böyük konsert salonlarından biri olan Camal Rəşid Rey salonunda Türkiyə orkestrinin ⸺ həm qərb musiqi alətləri, həm də şərq milli musiqi alətlərinin birgə müşayiəti ilə baş tutub. Qeyd edək ki, Türkiyə orkestri bir neçə ay öncə Bayatı-Şiraz muğam dəstgahının rənglərini və təsniflərini nota alıb. Tədbirin sonunda tamaşaçılar, eləcə də İstanbulda yaşayan soydaşlarımız ifaçılara böyük sevgi və səmimiyyət nümayiş etdiriblər. Tədbirin keçirilməsində böyük əmək sərf edən Türkiyədə Azərbaycan musiqisinin, xüsusən tar sənətinin geniş təbliğatını aparan TRT-nin sənətçisi, mahir tar ifaçısı Nevcivan Özel bu cür konsertlərin ölkənin digər şəhərlərində də keçirmək niyyətində olduğunu qeyd edib. Muğam ifaçıcı N.Hüseynova isə gələcəkdə eyni dilə, dinə və mədəniyyətə sahib olan “bir millət, iki dövlət”in növbəti tədbirlərinin Azərbaycanda, xüsusən Qarabağda, işğaldan azad olunmuş torpaqlarda keçirilməsi fikrini irəli sürüb.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.