Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
16.11.2021

“Dədə Qorqud” jurnalının 72-ci sayı çapdan çıxıb

AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan “Dədə Qorqud” toplusunun 72-ci sayı çapdan çıxıb. Bu sayda da həmişəki kimi maraqlı elmi məqalələr, Azərbaycan folklorundan yeni nümunələr, türk xalqları folklorundan örnəklər, rəylər və başqa yazılar yer alıb.
Filologiya elmləri doktoru Ramazan Qafarlının redaktorluğu ilə ildə dörd dəfə nəşr olunan jurnalın bu nömrəsində materiallar altı rubrikada toplanıb. Nəşrin “Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar” bölməsində filologiya elmləri doktoru Ramazan Qafarlının “Функциональная семантическая структура мифов о кам-шамане и шаманская модель мифического мира в эпосе “Китаби-Деде Коркут”, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Asif Hacıyevin “Dədə Qorqud kitabı”: unudulmuş doğma sözlər”, filologiya üzrə fəlsəfə doktoru Abbasəli Əhmədoğlunun “The heroic codes in the book of Dede Gorgud”, filologiya üzrə fəlsəfə doktoru Aynurə Səfərovanın “Kitabi-Dədə Qorqud” dastanında oğuzların həyat tərzi və ailə münasibətləri” məqalələri dərc edilib.
Jurnalın “Folklorşünaslıq: problemlər, tədqiqlər” bölməsində isə akademik Muradeldi Soeqovun “О двух рецензиях на учебник М.С.Агабекова со сборником пословиц и поговорок, изданный в 1904 году (в связи с исполнением 155-летие со дня рождения его составителя)”, filologiya elmləri doktoru, professor Füzuli Bayatın “Kateqoriyal özəllikləri və funksiyası baxımından dini folklor”, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanovanın “Məhəbbət dastanlarının nəşrində litoqrafik çap mərhələsi: “Arzu-Qəmbər” dastanının daşbasmaları”, filologiya üzrə fəlsəfə doktoru, dosent Nailə Əskərin “XX əsrin birinci yarısında “Koroğlu” tədqiqatları”, filologiya üzrə fəlsəfə doktoru Rasim Hüseynovun “Azərbaycan və Anadoluda türkdilli ədəbiyyatın doğuşu və inkişafı”, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Cəlilovanın “Türk dastanlarında ovçuluq”, AMEA Folklor İnstitutunun dissertantı Nigar Zeynalovanın “Kosmik qəza miflərinin esxatoloji semantikası”, Bakı Avrasiya Universitetinin doktorantı Nərmin Sadəddinlinin “Bozqurd totem kimi” məqalələri oxucuların ixtiyarına verilib.
Jurnalın “Azərbaycan folklorundan yeni nümunələr” bölməsində talışlardan toplanmış folklor örnəkləri, “Türk xalqlarının folklorundan örnəklər” bölməsində isə filologiya üzrə fəlsəfə doktoru Tahir Nəsibin “Qeser” dastanı (Yeni monqol variantından bir parça) başlıqlı məqaləsi yer alıb.
“Arxivlərdən” başlıqlı bölmədə isə filologiya elmləri doktoru Ramazan Qafarlının arxiv materialları əsasında çapa hazırladığı “Keçmiş vaxtlarda Şəkidə toy adətləri” ilə tanış olmaq mümkündür.
“Dədə Qorqud” jurnalının “Yeni nəşrlər: təqdimat və rəylər” rubrikasında professor Mehmet Acanın “Prof. Dr. Seyfəddin Rzasoyun son kitabı üzerine” başlıqlı yazısı oxucuların sərəncamına verilib.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.