Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
22.09.2021

Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib

22 sentyabr 2021-ci il tarixində AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib. İclası institutun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov açaraq, gündəlikdə duran məsələlər barədə məlumat verib. İclasda müzakirə edilən ilk məsələ AMEA Folklor İnstitutunun dissertanturasına və doktoranturasına qəbulun nəticələri ilə bağlı olub. Məsələ barədə institutun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov məlumat verib. Müsabiqənin nəticələrinə əsasən, iddiaçılar Əhmədli Atəş Şövkət oğlu, İsayeva Səbinə Müzəffər qızı (hər ikisi 5719.01 – Folklorşünaslıq ixtisası) və Ağayeva Xəyalə Oruc qızının (5716.01 – Azərbaycan ədəbiyyatı ixtisası) elmlər doktoru hazırlığı üzrə dissertanturaya, Səfərova Aynurə Sadiq qızı (5719.01 – Folklorşünaslıq ixtisası üzrə, əyani) ilə Baxşiyeva Ülkər Elman qızının (5716.01 – Azərbaycan ədəbiyyatı ixtisası, qiyabi) isə elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul edilməsi məqsədəuyğun sayılıb.
Elmi Şura üzvləri Hacıyeva Güllü Namiq qızının fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul edilməsi barədə də müsbət qərar qəbul ediblər.
Gündəlikdəki ikinci məsələ institutun Folklor nəzəriyyəsi şöbəsinin müdiri vəzifəsinə seçki barədə olub. Səsvermənin nəticəsinə görə, fil.ü.f.d.,dos. Fidan Qasımova Folklor nəzəriyyəsi şöbəsinin müdiri vəzifəsinə seçilib.


Sonra AMEA Folklor İnstitutunun vakant baş elmi işçi, aparıcı elmi işçi və böyük elmi işçi vəzifələrinə seçkilər keçirilib. Nəticələr barədə institutun elmi katibi fil.ü.f.d.,dos.Elçin Abbasov məlumat verib. “Elm” qəzetinin 11 iyun 2021-ci il tarixli sayındakı elana əsasən vakant yerlərə sənəd təqdim etmiş iddiaçılar – Nizami Murad oğlu Məmmədov Folklor və yazılı ədəbiyyat şöbəsinin baş elmi işçisi, Sevinc Kərim qızı Əliyeva Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, Gülnar Zakir qızı Osmanova Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, İlhamə Cəlal qızı Qəsəbova Mifologiya şöbəsinin aparıcı elmi işçisi, Sevinc Aşur qızı Qasımova Mifologiya şöbəsinin böyük elmi işçisi, Qumru Fuad qızı Şəhriyar Türk xalqları folkloru şöbəsinin böyük elmi işçisi, Nurlana Ramazan qızı Məmmədova Klassik folklor şöbəsinin böyük elmi işçisi vəzifəsinə seçilmiş hesab ediliblər.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.