Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
25.06.2021

Folklor İnstitutu Qadınlar Təşkilatı “Vətən müharibəsində Azərbaycan qadınının rolu” mövzusunda tədbir keçirib

25 iyun 2021-ci il tarixində AMEA Folklor İnstitutu Qadınlar Təşkilatının təşəbbüsü ilə 26 iyun Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş “Vətən müharibəsində Azərbaycan qadınının rolu” mövzusunda onlayn tədbir keçirilib. İlk olaraq 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə videoçarx nümayiş etdirilib. Sonra AMEA Folklor İnstitutu Qadınlar Təşkilatının sədri, fil.ü.f.d., dos. Məleykə Məmmədova “26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü: Vətən müharibəsində Azərbaycan qadınının rolu” mövzusunda çıxış edib. O, 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanılmasından, AXC-nin süqutundan sonra bolşevik hökumətinin Milli Ordunu ləğv etməsindən, onun rəhbərlərinin əksəriyyətinin Nargin adasına aparılıb güllələnməsindən, Sovet hakimiyyəti dövründə də Rusiyanın azərbaycanlılara qarşı siyasətinin dəyişməməsindən bəhs edib. M.Məmmədova bildirib ki, Prezident Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunub və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Tədbirə qonaq qismində qatılan II Qarabağ savaşının qazisi Samid Xudadlı söz alaraq keçdiyi döyüş yolundan, çiyin-çiyinə döyüşdüyü əsgər yoldaşlarından, onların qəhrəmanlıqlarından bəhs edib. Qazi S.Xudadlı Vətən uğrunda döyüşməyi, şəhid və ya qazi olmağı ən müqəddəs iş adlandırıb.
Folklor İnstitutu Qadınlar Təşkilatının büro üzvü Afaq Mustafayeva “Yenilməz Azərbaycan əsgərinin Anası” mövzusunda çıxış edərək bildirib ki, torpaq müqəddəsləşdirildiyi dərəcədə bizim üçün Vətəndir. Torpaq üzərində Yurd salırıq, ev qururuq, minilliklər boyu yaşadığımız yerə Vətən deyirik. Azərbaycan qadını qəhrəman Azərbaycan əsgərinin Anasıdır. 44 günlük II Qarabağ savaşı xalq olaraq yenilməzliyimizi, düşmən qarşısında əyilməzliyimizi bütün dünyaya sübut etdi. Bu savaşda uşaqdan böyüyə kimi hamı ruhən bir idi. Yenilməz Azərbaycan əsgərini böyüdən, ərsəyə yetirən isə Azərbaycan qadınıdır.
Daha sonra Folklor İnstitutunun əməkdaşı, Qadınlar Təşkilatının büro üzvü Nigar İmaməliyeva “Müasir Azərbaycan ordusu bugünümüzdə” mövzusunda çıxış edib. O bildirib ki, ordu bizim qürur və and yerimizdir. Hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biri də onun silahlı qüvvələridir. 44 günlük müharibədə nəinki biz vətəndaşlar, dünyanın bütün ölkələri Azərbaycan Ordusunun gücünü gördü. Ordumuz bir daha sübut etdi ki, Azərbaycan güclü, qüdrətli və yenilməz ölkədir. Bütün ağır döyüşlərin öhdəsindən gəlməyə hər an qadirdir.
İnstitutun Qadınlar Təşkilatının büro üzvü Sevinc Hüseynova isə “Zəfər qazanan hər oğulun arxasında bir qadın var” mövzusunda çıxış edib. O, çıxışı zamanı bildirib ki, müharibə bütün acıları, fəryadları, faciələri özündə ehtiva edən bir kabusdur. Müharibədən çıxmış bir xalqı ancaq zəfər sevindirə bilər. Zəfər üçün silah-sursat, döyüş taktikasından öncə əqidə birliyi önəmlidir. Əqidə birliyi isə bir vətənin, torpağın, bir xalqın azadlığı uğrunda formalaşır. S.Hüseynova çıxışında arxa cəbhədəki ana-bacıların da müharibə zamanı göstərdiyi fədakarlığıa diqqət çəkib.
Sonda təşkilatın büro üzvlərindən Vüsalə Kərimova “Vətən müharibəsi ─ Şanlı ordumuzun zəfər tarixi” mövzusunda çıxış edib. O bildirib ki, II Qarabağ müharibəsindəki qələbə Azərbaycan xalqının, Azərbaycan dövlətinin və Azərbaycan hökumətinin böyük və şərəfli mübarizəsinin məntiqi nəticəsidir. Bunu bizə şanlı ordumuz ─ Vətən müharibəsi şəhidlərimiz, qazilərimiz, bu gün Azərbaycan ordusunda xidmət edən Azərbaycan əsgəri, Azərbaycan zabiti və xalqımızın sözünü bütün dünyaya çatdıran dəmir yumruqlu Prezidentimiz Cənab İlham Əliyev qazandırıb.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.