Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
09.06.2021

Folklor İnstitutunun əməkdaşları “Aşıq Ələsgər 200 – Poeziya və Musiqi" adlı tədbirdə iştirak edib

08 iyun 2021-ci ildə Abdulla Şaiqin Mənzil-Muzeyində Azərbaycan folklorunun görkəmli nümayəndəsi ustad aşıq Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümünə həsr edilmiş “Aşıq Ələsgər 200 – Poeziya və Musiqi” adlı onlayn tədbir keçirilib. Zoom platforması üzərindən keçirilən tədbirdə Azərbaycanın tanınmış ziyalıları və alimləri, bir sıra muzeylərin direktorları və əməkdaşları, habelə universitet tələbələri və Azərbaycan musiqi sənətinin bir sıra tanınmış simaları iştirak edib. Tədbiri Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə açaraq Abdulla Şaiqin aşıq sənəti, xalq yaradıcılığı ilə bağlılığından danışıb. O bildirib ki, Aşıq Ələsgərin şeirlərini ilk dəfə araşdıran və özünün “Azərbaycan aşıqları” (Bakı, 1929-cu il) kitabına daxil edən Azərbaycanın tanınmış folklorşünası Hümmət Əlizadə olmuş, kitabın “Bir neçə söz” adlı müqəddiməsini Abdulla Şaiq yazmış, Aşıq Ələsgər yaradıcılığına da toxunmuşdur. Tədbirə qatılan AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadə “Aşıq Ələsgər yaradıcılığında Vahid Allah inancının bədii inikası” mövzusunda maraqlı məruzə ilə çıxış edib. Alim bildirib ki, Ələsgərə qədər aşıq poeziyası eyni sütun üzərində bərqərar olmuşdur. Yəni xalq sənətkarlarının yaradıcılığında təməl təşkil edən ilkin sütun Allaha inancdır. Bütün sənətkarlar kimi Ələsgər poeziyası da Vahid Allah inancı əsasında təşəkkül tapmışdır. Biz Aşıq Ələsgər yaradıcılığını tədqiq etdikcə klassik ədəbiyyatda “Münacat” janrı və yaxud ədəbi forması kimi tanınan poetik nümunələrdə Uca Allahın vəsfinə aid olan örnəklərlə eyni mahiyyətdə diqqət çəkən şeirləri görürük. İnancın bədii əksi Aşıq Ələsgər yaradıcılığında yüksək sənətkarlıqla üzə çıxır. Belə ki, Ələsgər poeziyasında məzmun və janr etibarilə Vahid Allah inancınının bədii əksini müşahidə etmiş oluruq. Gəraylı, qoşma, müxəmməs, divani, təcnis, hətta aşıq rəvayətlərində də biz bu sitemi görə bilirik. Bu da ondan irəli gəlir ki, A.Ələsgərə görə Vahid Allaha inanc vacibdir. Bu inanc eyni zamanda cəmiyyətdə əxlaqı formalaşdırır. İnanc və əxlaqın cəmiyyətdə təbliği bu baxımdan çox gərəklidir. Aşıq Ələsgər poeziyasında Vahid Allah inancınının bədii əksini tədqiq edib cəmiyyətə təqdim etmək elmi cəhətdən də zəruri, ictimai-sosial baxımdan da əhəmiyyətlidir.


AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elçin Qaliboğlu isə “Aşıq Ələsgər yaradıcılığında “dağ” obrazı” mövzusunda çıxış edib. O bildirib ki, ustad aşığın yaradıcılığında təbiətin, ayrıca olaraq Dağ obrazının vəsfi diqqəti çəkir. Dağ insan kimi öyülür, sevilir, yurdun qoruyuculuq simvolu, halal, mərd, yenilməz ünvanı kimi təqdim edilir. Dağ folklor düşüncəsində yenilməzlik, güc-qüvvət rəmzidir. Təsadüfi deyil ki, bu obraz həmişə özünün sanbalını qoruyub, əcdad, yurddaş düşüncəsində ideallaşdırılıb. İdeallaşdırılmanın səbəbi türk ruhunda Dağ obrazına olan sevgidən irəli gəlir. Bu gün də belə duyğunun müqəddəsliyini qoruyub saxlaması ulusal xarakterin təbiətlə birliyindən güc alması anlamına gəlir. Qədim türklər təbiətçi olublar, təbiətə səcdəli münasibət bəsləyiblər. Bu münasibəti folklor örnəklərimizdə aydın şəkildə görə bilirik. Türk ruhu yaradıcıdır, təbiətin (doğanın) ilahi, yaradıcı gücünü duya, öyə, onunla doğmalaşa bilir. Türk ruhu habelə təbiətin ilahiliyini duyduğu, anladığı dərəcədə özü də bu ruhun qoruyucusudur.


Alim Aşıq Ələsgərin yazdığı iki eyniadlı “Dağlar” şeirinin süjet xətti, əsası haqqında maraqlı məlumat verib və bildirib ki, “insan” obrazı aşığın yaradıcılığında “dağ” obrazı ilə ifadə olunub.
Tədbirdə Mədəniyyət Nazirliyinin Muzeylərlə iş sektorunun müdiri Altun Mikayıllı,
AMEA Memarlıq və İncəsənət İnstitutunun "Azərbaycan Xalq musiqisinin tarixi və nəzəriyyəsi" şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor İradə Köçərli, Üzeyir Hacıbəylinin ev-muzeyinin Fond müdiri Aytən Heydərova, Abdulla Şaiqin Mənzil-Muzeyinin əməkdaşı Fəridə Məmmədova da maraqlı məruzələrlə çıxış ediblər.
Respublikanın Xalq artisti Gülyanaq Məmmədova, eləcə də gənc və istedadlı aşıq Ramin Qarayev isə gözəl ifaları ilə tədbirə bədiilik və rəngarənglik qatıblar.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.