Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
30.05.2021

Azərbaycanlı alimlər Türkiyədə “I Beynəlxalq Media və İslamafobi Simpoziumu"nda iştirak edib

25-26 may 2021-ci il tarixlərində Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində Türkiyə Cümhuriyyətinin İletişim Başkanlığı, Radio və Televiziya Üst qurumu, (RTÜK), Türkiyə Cümhuriyyətinin Diyanet İşləri Başkanlığı, Türkiyə Radio Televiziya qurumu (TRT), Erciyes Universiteti və Siyasət, Ekonomi və Toplum Araşdırmaları Vakfı (SETA) tərəfindən “I Beynəlxalq Media və İslamafobi Simpoziumu" keçirilib.
Beynəlxalq Simpozium son illərdə Türkiyə Cümhuriyyətində keçirilən ən böyük tədbirlərdən biri olub, ilk növbədə, öz əzəməti baxımından fərqlənib. Belə ki, “I Beynəlxalq Media və İslamafobi Simpoziumu”nda Türkiyə Cümhuriyyətinin prezidenti R.T.Ərdoğan, Nazirlər, Komitə və nüfuzlu Vakıf və Təşkilat Başqanları, millət vəkilləri, eləcə də 30-a yaxın xarici ölkələrdən gəlmiş alimlər, elm və siyasət adamları, ilahiyyatçılar, islamşünaslar və tədqiqatçılar da iştirak ediblər. “I Beynəlxalq Media və İslamafobi Simpoziumu”na Azərbaycandan da 2 nəfər-AMEA Folklor İnstitutunun Müasir Folklor şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov və AMEA Rəyasət Heyəti aparatının Elmi Təşkilat İdarəsinin “Elmi planlaşdırma və monitorinq” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Vüsal Zülfüqarov dəvət alıb.


İki gün davam edən simpoziumda ölkə daxilindən, xarici ölkələrdən, eləcə də Azərbaycandan qatılan elm adamlarının və tədqiqatçıların 157 məruzəsi dinlənilib. Simpoziumun açılış törənində Türkiyə Cümhuriyyətinin prezidenti R.T.Ərdoğan geniş və məzmunlu məruzə ilə çıxış edib. “I Beynəlxalq Media və İslamafobi Simpoziumu”nda həmçinin, Türkiyənin Xarici İşlər, Ədliyyə, Səhiyyə nazirləri, Diyanet İşləri Bakanı, Millət Vəkilləri, eləcə də nüfuzlu Vakıf və Təşkilat Başqanlarının da İslamafobiyaya dair müxtəlif mövzulu məruzələri dinlənilib və böyük maraqla qarşılanıb.
Beynəlxalq Simpoziumda Azərbaycandan dəvət edilən alimlər: filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov “Batı Dışı Toplumlarında: Müslüman Toplumlarında İslamafobi”, filologiya üzrə fəlsəfə doktoru Vüsal Zülfüqarov isə “Batı Medyasında İslamafobik Fikirlerin Tanıtımı” mövzusunda məruzələrlə çıxış ediblər.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.