Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 

 

Solmaz Kosayeva

1955-ci il iyunun 3-də Qazax rayonunda ziyalı ailəsində anadan olub. 1961-ci ildə S.Vurğun adına Qazax pionerlər evində sazçı qızlar ansamblına üzv yazılıb. 1972-ci ildə orta məktəbi bitirib. Hələ 6-cı sinifdə oxuyarkən dərsdən kənar vaxtlarında pionerlər evində sazçı qızlar ansamblını yaradaraq həmyaşıdı olan qızlarda saza maraq oyatmağa nail olmuşdur. 1975-ci ildə Özbəkistanın paytaxtı Daşkənd səhərində keçirilən tədbirdə Azərbaycan mədəniyyətini layiqincə təmsil edərək Vətənə mükafatla dönüb.

Solmaz Kosayeva 1978-ci ildən Xalq artisti İslam Rzayevin rəhbərlik etdiyi ansamblda müğənni kimi fəaliyyət göstərib. 1984-cü ildə Azərbaycan aşıqlarının IV qurultayının nümayəndəsi olub və buradakı bənzərsiz ifası ilə böyük rəğbət qazanıb. 1985-ci ildə Moskvada keçirilən XII Ümumdünya festivalında 1-ci dərəcəli diploma layiq görülüb.

1986-cı ildə Nikaraqua, 1987-ci Əfqanıstan, 1988-də İsveç və Norveç, 1991-də Meksika, Kuba, İrlandiya, 1994-cü ildə Almaniya, Hollandiya və Belçikada olaraq Azərbaycan mədəniyyətini və incəsənətini layiqincə təmsil edib.

1991-1992-ci illərdə öz şəxsi vəsaiti hesabına cəbhə bölgələrində əsgərlərə humanitar yardım etməklə yanaşı, həm də konsert proqramları ilə çıxış edib.

1997-ci ildə İraqda keçirilən Beynəlxalq Babilistan Festivalı, 1998-ci ildə Türk Cümhuriyyətinin 75, Qarsın qurtuluşunun 78 illiyinə dəvət alaraq, ”Bostançı” konsert salonunda çıxışına görə qızıl medal və pul mükafatına layiq görülüb.

2000-ci ildə YUNESKO-nun xətti ilə Bakıda keçirilən “Kitabi-Dədə Qorqud – 1300” tədbirində fəal iştirakına görə Türkdilli Dövlətlərin VI zirvə toplantısına da dəvət olunub. Həmin ildə Ankarada keçirilən “Türk Dünyası – I Aşıqlar şöləni”nə dəvət alıb, çıxışı qızıl medalla mükafatlandırılıb.

2015-ci ildə anadan olmasını 60 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub, 2016-cı ilin iyulunda isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ona ”Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib.

1984-cü ildən Aşıqlar Birliyinin üzvüdür. AMEA-nın Folklor İnstitutunun “İrs” folklor ansamblında aşıq-mügənni kimi də fəaliyyət göstərir. İndiyədək 4 albom və 4 kompakt diski işıq üzü görüb. 10-dan çox mahnıya musiqi bəstələyib. O, həmçinin şeir yaradıcılığı ilə də məşğul olur.

S.Kosayeva "Qorqud" folklor ansamblının müğənni-aşığıdır.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.