
RZA ZEYNAL oğlu XƏLİLOV
“Klassik folklor" şöbəsinin müdiri
11 noyabr 1944-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.
1960-62-ci illərdə fəhlə-gənclər orta məktəbində oxumaqla yanaşı M.F.Axundov ad. Respublika kitabxanasında foto-laborant vəzifəsində işləmişdir.
1962-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin (S.M. Kirov ad. ADU) şərqşünaslıq fakültəsinin ərəb dili və ədəbiyyatı şöbəsinə daxil olmuşdur.
1966-67-ci il dərs ilində Qahrə Universitetində ərəb dilindən dil təcrübəsi keçmişdir. 1968-ci ildən Bakı Dövlət Universitetini ərəb filologiyası ixtisası üzrə bitirmişdir.
1969-71-ci illərdə İraqda ərəb dilindən tərcüməçi vəzifəsində işləmişdir.
1971-ci ildə İraqdan qayıtdıqdan sonra AMEA (Azərbaycan EA) Nizami ad. Ədəbiyyat İnstitutunda folklorşünaslıq ixtisası üzrə aspiranturaya daxil olmuşdur.
1978-82-ci illərdə Yəmən Ərəb respubliksında Sovet səfirliyinin iqtisadi işlər üzrə müşavirinin aparatında tərcüməçi vəzifəsində işləmişdir. 1983-cü ildən Ədəbiyyat institutunda işləməyə başlamışdır.
1989-cu ildə 10.01.09 “folklorşünaslıq” ixtisası üzrə “Azərbaycan və ərəb sehirli nağıllarında qəhrəman obrazları” namizədlik dissertasiyasını müdafiə etmişdir.
1994-2001-ci illərdə Türkiyənin Ərzurum şəhərindəki Atatürk Universiteti Fənn-Ədəbiyyat fakültəsinin Şərq dillər bölməsində işləmişdir.
2001-ci ildən AMEA Folklor İnstitunda böyük elmi işçi, 2005-ci ildən aparıcı elmi işçi vəzifəsində işləmişdir.
2013-cü ildən “Klassik folklor” şöbəsinin müdiridir.
MƏQALƏLƏRİ
• Azərbaycan sehirli nağıllarının zaman və məkanı haqqında, AŞXƏT, XIV, Bakı, 2003, s. 56-70.
• “Arvad ağısı” Azərbaycan folklorunun ilkin işlərindən biri, Ortaq Türk keçmişindən ortaq Türk gələcəyinə, II Uluslararası Folklor konfransı, 17-21 mart 2004, s. 322-323.
• Bayatılar və manilər, Transliterasiya, ön söz və sözlüyün müəllifləri, Bakı, Səda, 2004, s. 60
“Azərbaycan folklorunun ilkin nəşrləri”
(AFİN) seriyasından çap olunmuş kitablar:
1. Atalar sözü. Tərtib edəni: Məmmədvəli Qəmərli. Transliterasiya və sözlüyün müəllifi Rza Xəlilov, “Ön söz”ün müəllifi İsrafil Abbaslı, elmi redaktoru Hüseyn İsmayılov, Bakı, “Səda”, 2003.
2. Arvad ağısı. Tərtib edəni Mirzə Abbas Abbaszadə. Transliterasiya, “Ön söz”ün və sözlüyün müəllifi Rza Xəlilov, Afaq Xürrəmqızı, elmi redaktoru İsrafil Abbaslı, Bakı, “Səda”, 2004.
3. Bayatılar və manilər. Transliterasiya və “Ön söz”ün müəllifləri Rza Xəlilov, Afaq Xürrəmqızı, elmi redaktoru İsrafil Abbaslı, Bakı, “Səda”, 2005
4. Bəhlul Bəhcət. Sarı Aşığın bayatıları. Transliterasiya, “Ön söz”ün müəllifi Rza Xəlilov, elmi redaktoru İsrafil Abbaslı, Bakı, “Səda”, 2006.
5. “Aşıq Qərib”dastanı. Transliterasiya, “Ön söz”ün müəllifi Rza Xəlilov, elmi redaktoru Hüseyn İsmayılov, Bakı, “Səda”, 2005
6. Folklor çələngi (XVII-XIX əsrlər əlyazmalarından seçmələr). Transliterasiya, mətnlərin hazırlanması, tərtib və ön sözün müəllifi İsrafil Abbaslı, elmi redaktorları Hüseyn İsmayılov, Rza Xəlilov, Bakı, “Nurlan”, 2003.
7. Hənəfi Zeynallı. Azərbaycan atalar sözü. Transliterasiya edəni Rza Xəlilov, tərtib edənlər Rza Xəlilov, Afaq Xürrəmqızı, elmi redaktoru Səbinə İsayeva, Bakı, “Elm və təhsil”, 2012
8. Vəli Xuluflu. El aşıqları. Transliterasiya edib çapa hazırlayanlar Rza Xəlilov, Afaq Xürrəmqızı, elmi redaktoru İsrafil Abbaslı, Bakı, “Elm və təhsil”, 2013
9. Hənəfi Zeynallı. Azərbaycan tapmacaları. Transliterasiya edib çapa hazırlayanlar Rza Xəlilov, Afaq Xürrəmqızı, elmi redaktoru İsrafil Abbaslı, Bakı, “Elm və təhsil”, 2013
10. Hümmət Əlizadə. Azərbaycan el ədəbiyyatı. Mətni çapa hazırlayan Sönməz Abbaslı, elmi redaktoru və ön sözün müəllifi İsrafil Abbaslı, Bakı, “Elm və təhsil”.2013
11. Vəli Xuluflu. Tapmacalar.Transliterasiya edəni Rza Xəlilov, tərtib edənlər Rza Xəlilov, Afaq Xürrəmqızı, elmi redaktoru Muxtar Kazımoğlu, Bakı, “Nurlan”, 2013.
12. Salman Mümtazın şəxsi fondundan folklor mətnləri. Transliterasiya və tərtib edənlər: Rza Xəlilov və Afaq Xürrəmqızı. Bakı, “Nurlan” 2013
13. Bakı folklor örnəkləri 1-ci kitab. Tərtibçilər və ön sözün müəllifləri: Rza Xəlilov, Afaq Xürrəmqızı
Redaktor: İsrafil Abbaslı
Bakı, “Elm və təhsil”, 2014.
Dərbənd folklor örnəkləri 1-ci kitab.
Toplayanlar, tərtib edənlər: Məhərrəm Qasımlı, Oruc Əliyev, Rza Xəlilov.
Bakı, “Elm və təhsil”, 2019
Bakı folklor örnəkləri 2-ci kitab. Tərtibçilər: Rza Xəlilov, Afaq Xürrəmqızı
Bakı, “Elm və təhsil”, 2015.
SMOMPK: Azərbaycan folkloru materialları 1 cild.
Tərcümə və transliterasiya edən: Rza Xəlilov.
Tərtib edənlər və ön sözün müəllifləri:
Rza Xəlilov, Afaq Xürrəmqızı, Aynur Hüseynova.
Redaktor: Səbinə İsayeva.
Rəyçi: Güldanə Pənahova.
Bakı, Elm və təhsil, 2018.
SMOMPK: Azərbaycan folkloru materialları 2 cild.
Tərcümə və transliterasiya edən: Rza Xəlilov.
Tərtib edənlər: Rza Xəlilov, Afaq Xürrəmqızı, Aynur Hüseynova.
Rəyçi: Güldanə Pənahova.
Bakı, Elm və təhsil, 2019.