İbrahimov Mahir Mübariz oğlu
Folklor studiyasının rəhbəri
1974-cü il dekabrın 2-də Naxçıvan MR-nın Ordubad şəhərində anadan olub. 1989-1993-cü illərdə Asəf Zeynallı adına Musiqi texnikumunda təhsil alıb. Tələbə olduğu müddətdə (1991-1993) Bakı İnşaatçılar Mədəniyyət Sarayında musiqi rəhbəri vəzifəsində çalışıb. 1993-1997-ci illər hərbi xidmətdə olub. Ordubad şəhər musiqi məktəbində tar müəllimi vəzifəsini icra edib (1997).
(1998-2002) Bakı Musiqi Akademiyasının xor - dirijorluq fakültəsini bitirib. 1999-cu il “Körpəm” Eksperimental Uşaq Teatrının bəstəkarı olub.
2002-ci ildə Bakı şəhər Mədəniyyət İdarəsinin Uşaq Teatrının musiqi rəhbəri təyin olunub.. Bir çox uşaq tamaşalarının musiqilərini bəstələyib.
2005-ci ildə (AGP) “ART Global Production” şirkətini yaradıb, direktoru olub.
“AGP” şirkəti filmlərin çəkilişi, musiqi aranjimanı, səsyazma, bəstə, dublyaj və digər xidmətləri məşğul olur.
“AGP” şirkətinin çəkdiyi və şəxsən musiqilərinin üzərində işlədiyi filmlər:
“Atama deyərəm”, “Əlamət”, “Əziz dost”, “Hesab”, “Nümunəvi şagird”, “Peşə”, “Rüşvət”, “Vərdiş”, “Çətin yol”, “Məzə”, – Uşaq satirik kino-jurnalı (2005).
“Milçək Ağakərim” - bədii film (2006).
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və rəhbəri olduğu “AGP” şirkəti ilə birgə “Karvan” musiqili layihəsini, fransalı musiqiçilərlə Paris şəhərində işlənməsi və aranjimanını həyata keçirib (2007).
2010-cu ildə rəhbəri olduğu Art Global Prodakşn “Bu meydan Bu ekran” layihəsinin qalibi olub, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi və “Səlnamə” studiyası ilə birgə “Onun ürəyi” qısa metrajlı filmini ərsiyə gətirib.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi, Səlnamə studiyasının istehsalı olan “Mən evə qayıdıram” bədii filminin direktoru olub (2011).
(2012) Mədəniyyət və Turizm Nazirliyinin sifarişi, Azərbaycan folklorunu tanıtmaq məqsədi ilə “Azərbaycan Yallıları” layihəsinin ərsiyə gətirib, lahiyənin rəhbəri olub.
(2012) - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə rəhbəri olduğu Art Global Prodakşn “İşığa Doğru” qisa metrajlı filmini istehsal edib.
(2012-2013) - “Həyat Varsa” qısametrajlı film (110 bölüm) - Xəzər TV
(2013-2014) - “Səndən sonra” serial (16 seriya) - Xəzər TV
(2014-2015) “Həyat Varsa” qısametrajlı film (16 bölüm) - Space TV
Televiziya musiqi layihələrində iştirakı
(2003-2012) - “Yeni Ulduz”, “Qızıl Duet”, “Azəri Star”, “Çal Çağır”, “Burda və İndi” və s. Televiziya layihələrinin musiqi rəhbəri olub.
(2015-2016) - Azərbaycanı təmsil etmək məqsədilə Almaniyanın Nürnberg şəhərində keçirilən konsertlərinə görə Diaspora tərəfindən fəxri ada və üzvünə layiq görülüb.
(2016) - Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Folklor Stu-diyasının rəhbəri vəzifəsinə təyin olunub. Evlidir, üç övladı var. |