Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 

LƏMAN VAQİF QIZI SÜLEYMANOVA
Şəkidə ziyalı ailəsində anadan olub. 1983-cü ildə Şəki rayon Cumakənd orta məktəbinin I sinfinə daxil olub, 1994-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirib. 1995-ci ildə M.Ə.Rəsulzadə adına BDU-nun Şəki filialının filologiya fakültəsinə qəbul olunub, 1999-cu ildə oranı fərqlənmə diplomu ilə bitirib. Elə həmin ildə M.Ə.Rəsulzadə adına BDU-nun filologiya fakültəsinin magistraturasına “Folklor və mifologiya” ixtisası üzrə qəbul olunub, 2001-ci ildə oranı fərqlənmə diplomu ilə qurtarıb. 2002-ci ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına “Folklor və mifologiya” ixtisası üzrə qəbul olunaraq 2005-ci ildə oranı başa vurub.
2000-ci ildən AMEA-nın Folklor İnstitutunda işləyir. Əvvəlcə baş laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, sonra isə aparıcı elmi işçi vəzifəsində çalışıb.
“Şəki folklor mühiti” adlı namizədlik dissertasiyasını 22 fevral 2008-ci ildə AMEA Folklor İnstitutunda uğurla müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.
2012-ci ildə dosent elmi adı alıb.
Hazırda isə “Bayatı yaradıcılığında kontekst, funksiya və variantlaşma” adlı doktorluq dissertasiyasının üzərində işləyir.
80-dən artıq elmi məqaləsi Azərbaycanın və müxtəlif xarici ölkələrin elmi dərgilərində işıq üzü görüb.
Müxtəlif beynəlxalq və yerli elmi konfranslarda məruzə edib.
İndiyədək 7 kitabı çap olunub:
1. “Şəki folklor mühiti”. Bakı, “Elm və təhsil”, 2012, 248 səh.
2. Qarabağ: folklor da bir tarixdir (Cəbrayıl, Kəlbəcər və Tərtər rayonlarından toplanmış folklor örnəkləri). VI kitab. Bakı, “Zərdabi LTD” MMC, 2013, 468 səh.
3. Qarabağ: folklor da bir tarixdir (Xocavənd rayonundan toplanmış folklor örnəkləri). VII kitab. Bakı, “Zərdabi LTD” MMC, 2014, 444 səh.
4. Şəki folklor örnəkləri. II kitab. Bakı “Elm və təhsil”, 2014, 408 səh.
5. Şəki folklor örnəkləri. III kitab. Bakı “Elm və təhsil”, 2016, 364 səh.
6. Azərbaycan bayatıları. Bakı, “Şərq-Qərb”, 2017, 423 səh.
7. Dambur ifaçılığı və hayla yaradıcılığı. Bakı “Elm və təhsil”, 2020, 264 səh.
Bir neçə kitabın elmi redaktorudur.
AMEA Folklor İnstitutunun nəzdində nəşr olunan “Dədə Qorqud” adlı elmi-ədəbi toplunun 2006-2012-ci illər ərzində ədəbi işçilərindən biri olub.
AMEA Folklor İnstitutunun “Qorqudşünaslıq” şöbəsinin 2007-ci il aprel ayının 9-da keçirdiyi “Dədə Qorqud günü” adlı elmi konfransın təşkilatçısı olub.
İKT üzrə Milli Strategiya layihəsi çərçivəsi daxilində Azərbaycan dilində orfoqrafiyasının yoxlanması üçün proqram sisteminin (Spell Check) hazırlanmasında dilçi-ekspert kimi iştirak edib.
2008-2011-ci illər ərzində elmi fəaliyyətlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub – Azərbaycan Müəllimlər İnstitutunun, Azərbaycan Dillər Universitetinin, Azərbaycan Turizm İnstitutunun və Bakı Avrasiya Universitetinin bakalavr və magistr pillələrində mühazirə və seminar dərslərini aparıb.
2011-2014-cü illər ərzində “Azsaylı xalqların folkloru” bölməsinə rəhbərlik edib.
AMEA Folklor İnstitutunun nəzdində 5719.01 folklorşünaslıq ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən FD.01.201 Dissertasiya Şurasının Elmi Seminarının üzvüdür.
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.