
Əsgərov İffət Məzahir oğlu
1962-ci il fevralın 24 Bakı şəhərində anadan olub. 1969-1977-ci ildə orta məktəb 1972-1977-ci ildə musiqi məktəbi. 1977-1981-ci ildə Asəf Zeynallı adına musiqi texnikumunda tələbə olduğu illərdir. 1979-cu ildə Azərbaycan Respublikası Musiqi texnikumları müsabiqəsinin laureatı olub. 1981-1986-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1982-ci ildən Bakı şəhərin 22 №-li Uşaq musiqi məktəbində 1986-1991-ci illərdə Üzeyir Hacıbəyov adına Ağdam musiqi texnikumunda müəllim vəzifəsində, 1991-ci ildən Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestirində çalışıb. 2001-ci ildən Caz Klub səs yazma studiyasında. 2007-ci ildən etibarən özəl şəxsi səs yazma studiyada fəaliyyətdə olub. Nəimi, Cəhd, Fenomen filmlərinin, Ə.Elçibəy və milli qəhrəman Koroğlu Rəhimov haqqında sənədli filmlərin bəstəkarı, Küləklər şəhəri teleserialının musiqi müəllifi, YUG teatrında səhnəyə qoyulmuş Fena, Azərbaycan milli dram dövlət teatrında səhnəyə qoyulmuş Dədə Qorqud tamaşalarının musiqi tərtibatçısı. 2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasi Folklor İnstitu-tu¬nun Folklor Studiyasında səs rejissoru vəzifəsinə təyin olunub.