Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 

"Dədə Qorqud Kitabı" və "Koroğlu" eposları Macarıstanda işıq üzü görüb


Professor Hüseyn İsmayılov kitablara ön söz yazıb

 

AMEA Folklor İnstitutunun və mərkəzi Macarıstanda yerləşən Avropa Folklor İnstitutunun birgə elmi əməkdaşlığı, habelə Azərbaycanın Macarıstandakı səfirliyinin ciddi köməyi ilə Azərbaycan folklorunun ən möhtəşəm epik abidələrindən olan "Dədə Qorqud Kitabı" və "Koroğlu" dastanları "Azərbaycan qəhrəmanlıq erosu"seriyasından nəfis şəkildə, yüksək poliqrafik tərtibatla işıq üzü görüb. Çağdaş zamanda Azərbaycanın qədimliyinin yenilməz sübutu oan folklor soraqlarının dünyaya təqdimi baxımından bu, olduqca gərəkli, ciddi bir hadisədir.
"Dədə Qorqudun Kitabı"na araşdırmaçı Hobbal Mihali giriş sözü yazıb. AMEA Folklor İnstitutunun direktoru, tanınmış folklorşünas-alim, professor Hüseyn İsmayılovun "Dədə Qorqud Kitabı" haqqında tutarlı ön sözü dastanın xəlqi, elmi-tarixi, habelə bəşəri mahiyyətini açır.
Habelə kitabın redaktoru tərəfindən "Dədə Qorqud Kitabı"nın yaranmasından bəhs edən araşdırma, Azərbaycanda bu mövzuda aparılan araşdırmalar, Oğuzların tarixi və başqa məsələlər kitabda yer alıb. Kitabın sonunda qeydlər, izahlar, şərhlər təqdim olunur. Burada qədim Azərbaycan-türk sözlərinin izahı diqqəti xüsusi çəkir.
H.İsmayılov bizimlə söhbətində "Dədə-Qorqud Kitabı" kimi qeyri-adi, milli ruhumuzun qədim soraqlarını özündə bitkin, yetkin səviyyədə yaşadan bu zəngin sərvətin ömrümüzə, ruhumuza tam mənasıyla gəlməsi vaxtı olduğunu, habelə dünyaya təqdimində tamamilə yeni bir gərəkli mərhələ yarandığını bildirir: "Bu eposu oxuyan hər bir insan şübhəsiz, fəxr edir ki, nə yaxşı belə bir mənəvi abidəmiz var. Dədə Qorqud Ruhu qan yaddaşımızda yaşayır".
"Dədə Qorqud dastanları" mövzusunda elmi tədqiqatların, ciddi araşdırmaların artdığından məmnunluqla danışan H.İsmayılov qeyd edir ki, "Dədə Qorqud dastanları"nda təsvir edilənlər olduqca qədim dövrlərlə, türkün şanlı keçmişi ilə səsləşir: "İnanıram ki, dastan daim ciddi araşdırmalar mövzusu olacaq. Mübaliğəsiz demək olar ki, dünyada "Dədə Qorqud dastanları"na bərabər epos yoxdur. Daim qədimliyimizi bizə çox gözəl şəkildə çatdıran bu eposu oxumalı, öyrənməli, ənənəni gələcək nəsillərə çatdırmalıyıq. "Dədə Qorqud dastanları" türkün qədim, zəngin ruha malik olduğunu sübut edir."
"Koroğlu" eposu da macar alimi Hobbal Mihalinin giriş sözü ilə açılır. Hüseyn İsmayılov məşhur eposun Azərbaycanda toplanılması və araşdırılması, habelə eposun mahiyyəti haqqında ön sözlə çıxış edib. Macar tədqiqatçısı Adorian İmrenin "Koroğlu" dastanının poetikası, genezisi, strukturundan bəhs edən araşdırması macar alimlərinin, ümumən çağdaş Avropa alimlərinin yeni çağda türkologiyaya ciddi səviyyədə münasibətinin yeni çalarlarının, dərketməsinin formalaşması kimi meydana çıxır.
Sözügedən "Koroğlu" dastanı Məmmədhüseyn Təhmasibin variantı əsasında çap olunub. Hər qolla bağlı qeydlər, izah və şərhlər verilib.
Qeyd edək ki, indiyə kimi Macar alimlərindən Gusila Mesoroş, İqnats Kunoş, German Vambere "Koroğlu" eposunu araşdırmışlar.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.