
AYNUR MƏHƏMMƏD qızı HÜSEYNOVA
elmi işçi
22 oktyabr 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1994-cü ildə 153 saylı orta məktəbi bitirərək, Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olmuş, 1998-ci ildə Universitetin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bakalavr pilləsini, 2003-cü ildə isə həmin universitetin magistratura pilləsini bitirmişdir.
1998-ci ildən Bakı ş. Yasamal rayonundakı 153 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 2001-ci ildə təhsilini davam etdirmək məqsədilə Bakı Dövlət Universitetinin Dilşünaslıq ixtisası üzrə magistr pilləsinə qəbul olmuş, 2003-cü ildə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirərək Azərbaycan dilçiliyi ixtisaslaşması üzrə magistr dərəcəsi almışdır.
2007-ci ildə AMEA Folklor İnstitutuna kiçik elmi işçi kimi işə qəbul olunmuş, 2011-ci ildə elmi işçi vəzifəsinə keçirilmişdir.
2012-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan folklorunda su stixiyası ilə bağlı inamlar” mövzusunda dissertasiya işini müdafiə etmişdir.
Hal-hazırda “Klassik folklor” şöbəsində elmi işçi vəzifəsində çalışır.
11 elmi məqalənin və bir monoqrafiyanın müəllifidir.