Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
02.03.2021

Ocağınıza nur çilənsin

Xalqımızın məişətində dərin kök salmış Novruz bayramını müxtəlif vaxtlarda gözdən salmağa çalışsalar da bu bayram nəsildən-nəslə keçərək bu günümüzə qədər gəlib çatmışdır.
İslamiyyət uzun müddət bu bayramı unutdurmaq istəsə də buna müvəffəq olmamışdır. Dinin tarixi ilə əlaqələndirməyə çalışsalar da bunun qondarma olduğu aydın şəkildə görünmüşdü. Bildiyimiz kimi müsəlman bayramları qəməri təqviminə əsasən keçirilir. Novruz isə sabit şəkildə ancaq və ancaq yazın birinci günü qarşılanır. Novruz bayramını atəşpərəstliyə bağlamaq cəhdləri də var. Bu bayramla əlaqəli mərasimlərdə günəşlə, odla bağlı ünsürlər çox olsa da araşdırmalar göstərir ki, Novruz zərdüştilikdən də çox-çox qədim olmuş, bu din də Novruz bayramından ancaq öz məqsədinə uyğun istifadəyə çalışmışdır. Novruzun zərdüştilikdən qədim olduğu onun əsas mərasimlərindən, adət və ənənələrindən aydın şəkildə görünməkdədir.
Keçmişdə yeni anadan olmuş uşağı ocağın-odun başına dolandırmaqla paklayarmışlar. Uşaq paklandıqdan sonra ananın qucağına verərmişlər. Bu yol ilə paklanmamış uşaq murdar hesab edilər, ana onu qucağına ala bilməzmiş, rahat olmazmış. Bu inamın izi «Çevir ocağa, al qucağa» kimi atalar sözündə yaşamaqdadır.
Bildiyimiz kimi Zərdüştiliyə görə od müqəddəs idi. Buna görə atəşgədələr ona sitayiş edir, «başına dönür», ətrafında fırlanırdılar. «Çevir ocağa, al qucağa» atalar sözü də elə odun müqəddəsliyinə olan inamın hökm şəklinə düşmüş ifadəsidir. Ancaq Novruz bayramındakı mərasimlərdə insanları tonqalların üstündən tullanır, ağırlığı-uğurluğu, azar-bezarı onun üstünə tökürdülər. Bununla da odun hər şeyi yandırıb məhv etmək qüdrətinə malik əlamətlərinə inanardılar. Zərdüştilikdə isə od müqəddəsdir. Onun üstündən tullanmaz, azar-bezarı üstünə tökməzlər. Novruzda icra olunan tonqal üstündən tullanma mərasimi göstərir ki, Novruzun tarixi atəşpərəstlikdən də qədimdir. O dövrdə hələ od müqəddəsləşdirilib məbud dərəcəsinə qaldırılmamışdı.
Qışın son ayının dörd yeddigünlük çilləyə bölünməsi təbiətin dörd əsas ünsürdən ibarət olması etiqadına əsaslanır. Bu dörd ünsür – su, od, hava, torpaqdır. Qədim etiqadlara görə son ayın hər həftəsində bu ünsürlərdən biri canlanır, oyanır, yaşamağa başlayır. Bunların hamısının dirilməsi, qızması yeni keyfiyyət kəsb etməsi ilə də ümumilikdə təbiət oyanır, qış sona çatır, yaz başlanır. Hər ünsürün adı ilə bağlı olan çərşənbələrin hamısında evlərin həyətlərində tonqallar qalanar, hamı odun üstündən tullanaraq «Ağırlığım-uğurluğum», «Azarın, bezarım tökül bu odun üstünə» deyər.
Azərbaycanın müxtəlif bölgələrində od çərşənbəsi «ikinci çərşənbə», «xəbərçi çərşənbə», «üskü çərşənbə» kimi də adlanır.
Mifoloji rəvayətlər də göstərir ki, qədim zamanlarda insanlar nəyə ən çox ehtiyac hiss etmiş və ya nədən daha çox təsirlənmişlərsə onunla bağlı inanclar, mərasimlər yaratmışlar. İnsanlar oda hər zaman ehtiyac duymuşlar. Odun kəşfi insan həyatını rahatladan ən mühüm ünsürlərdən biri olub. Geniş Türk coğrafiyasında qeyd olunan Novruz mərasimlərinin hamısında odla bağlı mərasimlər var. Od Novruzun əsas atributlarından biridir.
Odla bağlı müxtəlif inanclar var:
Ocaq yananda səs çıxırsa, deyərlər ki, kimsə sözünü danışır.
Ocağın külü titrəyəndə «od xeyirə oynayır» deyərlər.
Ocağı dağıdan xeyir tapmaz.
Ocaq yeri qibləyə olan evə uğur gələr.
Ocaq dağıdanın ocağı dağılar.
Od çərşənbəsində ocağı boş qoymazlar.
Ocaq söndürənin günahı çoxdur.
Od hisli olarsa uzaqdan qonaq gələcək.
Oda inamın nəticəsidir ki, folklorumuzda odla bağlı müxtəlif janrlı nümunələr var. Bu mövzuda çoxlu sayda atalar sözü yaranıb:
Od qalar köz olar, qız qalar – söz olar.
Odsuz ocaq olmaz.
Oda pənah aparanın ocağı sönməz.
Odla oynamaq olmaz.
Odu söndürüb külü ilə oynamazlar.
Odla oynayan odsuz qalar.
Od ilə pambığın nə dostluğu?

Odla bağlı alqışlar.
Ocağın odlu, qazanın qaynar olsun.
Ocağına nur çilənsin
Ağrın, acın odda yansın.
Ocağın bərəkətli olsun
Ocağın sönməsin.

Od ilə bağlı andlarımız da var:
Od haqqı!
Gün haqqı!
Çıraq haqqı!
İşığa and olsun!

Odla bağlı müxtəlif tapmacalarımız da var:
Qırmızı nar
Hər evdə var.

Bir balaca nar daşı
Götürəmməz min kişi.

Bir qızıl öküzüm var
Harda yatsa ot bitməz.
Xalqımız çətin və şərəfli yol keçərək günümüzə qədər gələn Novruz bayramını, onunla bağlı olan çərşənbə axşamlarını da yüksək ovqatla keçirir. Od çərşənbəsində də süfrələr açılır. Bura müxtəlif şirniyyatlar, quru meyvələr qoyulur. Bütün çərşənbələrdə isə süfrənin şahı plovdur. Od çərşənbəsində də insanlar bir-birinə qonaq gedər, «Çərşənbən mübarək» deyər, “ağrın-acın odda yansın” söyləyərlər. Həyətlərdə tonqallar qalanar.
Od çərşənbəniz mübarək! Ocağınız bərəkətli olsun!

Xəyalə Ağayeva – Orucqızı
filologiya üzrə fəlsəfə doktoru
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.