Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
30.12.2020

AMEA Folklor İnstitutu

“KAMRAN ƏLİYEV: TANINMIŞ ƏDƏBİYYATŞÜNAS, UNUDULMAZ İNSAN”

mövzusunda Respublika Elmi Konfransı
(Bakı şəhəri, 5 mart 2021-ci il)

Tanınmış ədəbiyyatşünas və folklorşünas alim, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Kamran İmran oğlu Əliyev 1953-cü il mart ayının 5-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Diyadin kəndində anadan olmuşdur. 1969-cu ildə Şərur rayonunun Tumaslı kənd orta məktəbində təhsilini başa vuraraq, həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə daxil olmuşdur. 1974-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirən Kamran Əliyev 1974-1976-cı illərdə Şərur rayonunun Xanlıqlar kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışmışdır. 1976-1979-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının aspiranturasında təhsilini davam etdirmişdir. 1980-ci ildə «XX əsr Аzərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri (1905-1917-ci illər)» mövzusunda namizədlik, 1990-cı ildə «XX əsr Azərbaycan romantizminin obrazlar sistemi» mövzusunda doktorluq dissertasiyaları müdafiə etmiş, 2010-cu ildə professor elmi adını almışdır. 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
Görkəmli alim 1979-1992-ci illərdə Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 1993-cü ildən Naxçıvan Universitetində müəllim, 1994-2001-ci illərdə həmin universitetdə Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, eləcə də tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır. 2002-ci ildən AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, 2012-ci ildən ömrünün sonunadək Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
Azərbaycan ədəbiyyatının, xüsusən də folklorşünaslığın ən mühüm problemlərinin öyrənilməsində müstəsna xidmətləri olan alim 25 kitab və 10 monoqrafiyanın, 300-dən çox elmi məqalənin müəllifidir. Onun «XX əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri», «Sədərək döyüşləri», «Hüseyn Cavidin şəxsiyyəti və poetikası», «Mirzə Fətəlidən Hüseyn Cavidə qədər», «Cavid möcüzəsi», «Azərbaycan romantizminin poetikası», «Azərbaycan romantizminin nəzəriyyəsi», «Hüseyn Cavid: həyatı və yaradıcılığı», «Abbas Zamanov olmasaydı», «Eposun poetikası: «Dədə Qorqud» və «Koroğlu», «Tənqidin poetikası», «Ədəbiyyat tarixinə bir baxış», «Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar», «Çağdaş folklorşünaslığın problemləri», «Açıq kitab – «Dədə Qorqud» əsərləri xüsusi əhəmiyyət kəsb edir. «Açıq kitab – «Dədə Qorqud» monoqrafiyası Türkiyədə və İranda türk və fars dillərində çap olunmuşdur. 2018-2019-cu illərdə seçilmiş əsərlərinin 10 cildliyi nəşr edilmişdir.
Şərəfli və məhsuldar bir ömür yaşamış Kamran Əliyev 2020-ci il dekabr ayının 23-də ömrünün 67-ci baharında dünyasını dəyişmişdir.
AMEA Folklor İnstitutu alimin bu çoxşaxəli, məhsuldar fəaliyyətini nəzərə alıb, hörmətli ziyalımıza ehtiram əlaməti olaraq “Kamran Əliyev: tanınmış ədəbiyyatşünas, unudulmaz insan” mövzusunda Respublika Elmi Konfransı keçirməyi planlaşdırmışdır. Sizi Kamran Əliyevin ədəbiyyatşünas, tənqidçi, folklorşünas, yazıçı fəaliyyətinin tədqiqi mövzularında, həmçinin böyük alimlə bağlı xatirələri əks etdirən məruzələrlə konfransda iştiraka dəvət edirik.

KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ

Sədarət:
Akad. İsa Həbibbəyli – AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru
Akad. Kamal Abdullayev – Azərbaycan Dillər Universitetinin rektoru
Akad. Teymur Kərimli – AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru
Akad. Muxtar İmanov – AMEA Folklor İnstitutunun direktoru

Elmi heyət:
Fil.ü.e.d., prof. Füzuli Bayat - AMEA Folklor İnstitutunun şöbə müdiri
Fil.ü.e.d. Ramazan Qafarlı - AMEA Folklor İnstitutunun şöbə müdiri
Fil.ü.e.d., prof. Seyfəddin Rzasoy - AMEA Folklor İnstitutunun şöbə müdiri
Fil.ü.e.d. Əfzələddin Əsgər - AMEA Folklor İnstitutunun şöbə müdiri
Sən.ü.e.d., prof. Nailə Rəhimbəyli - AMEA Folklor İnstitutunun şöbə müdiri
Fil.ü.e.d. İslam Sadıq - AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi
Fil.ü.e.d. Nizami Məmmədov - AMEA Folklor İnstitutunun şöbə müdiri
Fil.ü.f.d. Elxan Məmmədli - AMEA Folklor İnstitutunun şöbə müdiri
Fil.ü.f.d., dos. Rza Xəlilov - AMEA Folklor İnstitutunun şöbə müdiri
Fil.ü.f.d., dos. Ağaverdi Xəlil - AMEA Folklor İnstitutunun şöbə müdiri
Fil.ü.f.d., dos. Elçin Abbasov - AMEA Folklor İnstitutunun elmi katibi
Fil.ü.f.d., dos. İlkin Rüstəmzadə - AMEA Folklor İnstitutunun şöbə müdiri
Fil.ü.f.d., dos. Afaq Ramazanova - AMEA Folklor İnstitutunun şöbə müdiri
Əli Şamil - AMEA Folklor İnstitutu direktorunun xarici əlaqələr üzrə müşaviri
Fil.ü.f.d., dos. Fidan Qasımova - AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi

Katiblik:
Nigar İmaməliyeva – AMEA Folklor İnstitutunun böyük laborantı


MÜHÜM TARİXLƏR:

• Konfransda iştirak etmək istəyənlər məqalə mətnini 20 fevral 2021-ci il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
• Məqalələrin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə 28 fevral 2021-ci il tarixinədək elektron poçt ünvanı vasitəsi ilə məlumat veriləcəkdir.
• Konfrans 05 mart 2021-ci il tarixində AMEA Folklor İnstitutunda gerçəkləşdiriləcəkdir.

MƏRUZƏLƏRİN YAZI QAYDALARI:

• Özətlər 150-200 sözdən ibarət olmalıdır.
• Məqalələr e-mail ilə göndərilməlidir.
• Yazı: Microsoft Office Word, Kağız: A4.
• Səhifə qaydası: Üst: 2,5, Alt: 2,5, Sağ: 2,5, Sol: 2,5
• Yazı puntu: Başlıq 12 şrift ölçüdə, yağlı.
• Məruzə: 12 şrift ölçüdə.
• İnterval: 1,5.
• İstifadə edilmiş ədəbiyyat siyahısı məruzənin sonunda “Qaynaqlar” yarımbaşlığı altında yazılmalıdır. Ədəbiyyat siyahısı müəlliflərin soyadlarına uyğun olaraq əlifba sırası ilə düzülməli, sıra nömrəsi göstərilməlidir. Məruzədə istifadə edilməyən ədəbiyyat qaynaqlarda göstərilməməlidir. Əgər məruzəçi arxiv sənədlərindən, dissertasiyalardan, əlyazma hüququnda olan materiallardan istifadə etmişsə, onlar da “Qaynaqlar”da göstərilən qaydada yazılmalıdır. “Qaynaqlar”dan sonra üç dildə (Azərbaycan, rus, ingilis) xülasə və açar sözlər verilməlidir.

____________________
• Məqalələr kitabda nəşr ediləcək. Kitab konfrans iştirakçılarına pulsuz paylanacaq.
• Konfrans haqqında məlumatı www.folklor.az səhifəsindən əldə etmək olar.
• Məruzədə ətək yazısı (snoska) olduqda internet saytında yerləşdirilərkən problemlər yaradır. Buna görə də ətək yazısı (snoska) ilə olan məruzələr qəbul edilmir. Məruzə daxilində qaynaqlar kodlaşdırılmış qayda ilə verilməlidir.
• Hər bir məruzəçi üçün maksimum 10 dəqiqə vaxt ayrılacaqdır. Bölmə iclaslarının sonunda müzakirələr keçiriləcəkdir.
• Elektron poçt ünvanı ilə göndərilməyən və elanda göstərilmiş qaydalar əsasında təqdim edilməyən məruzələr qəbul edilməyəcəkdir.
• Konfransda iştirak etmək üçün ödəniş tələb edilmir.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.