Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
25.12.2020

Vətən müharibəsi torpaqlarımız uğrunda gedən mənəvi haqq savaşıdır!

Vətən döyünən ürəyimizsə, üçrəngli bayrağımız qürurumuz, and yerimiz, məsləkimiz, kimliyimiz öz yurdumuza hakimliyimizdir. Bu gün Azərbaycan xalqının, dövlətinin öz torpaqlarımızda nankor ermənilərə qarşı apardığı savaş haqq savaşıdır. Birlik savaşıdır! Yüzlərcə elindən, obasından ayrı düşən günahsız insanları, 30 ildir ki, vətənsiz böyüyən vətən övladlarını Qarabağımıza yenidən qaytarmaq uğrunda gedən savaşıdır! İllərdir ki, əlimizdən zorla alınan torpaqlarımız uğrunda gedən mənəvi haqq savaşıdır!

Qarabağ bizim əcdadlarımızın məskənidir! Qarabağ hər bir azərbaycanlının qələbə gününün Şuşada, Kəlbəcərdə zəfərlə toy bayram edəcəyini böyük ümidlə gözlədiyi, ürəkdən istədiyi müqəddəs yurd yerimizdir. Qarabağ bizim milli mənəvi, məsələmizdir. Qarabağ bizim gerçək haqqımızdır. Bizim haqqımız olanı erməni vandalları özgə dövlətlərə arxalanaraq bizdən zorla qoparsalar da, bu gün Azərbaycan Respublikasının Ali Baş Komandanın çağırışı “Biz öz torpaqlarımızda vuruşuruq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır” şüarı damarında Azərbaycan türkünün qanı axan hər bir vətəndaşa qürur hissi verir.

1991-1993-cü illər rayonlarımız bir-bir düşmənlərimiz tərəfindən işğal olunduqda mənim 12 yaşım var idi. Hər gün içimdə düşmənə qarşı bir nifrət hissi daha da böyüyürdü. Bu müharibənin canlı şahidi olan nə qədər həmyerlimiz var ki, onların ürəkləri həsrətdən dağ-dağ olub.

Bu gün müharibə kəlməsi nə qədər ağır səslənsə də, canımızı üşütsə də, damarımızda axan qanımızı qurutsa da, bizdə düşmənə nifrət hissini daha da artırır. Nankor düşməndən 30 ilin qisasını almağa tələsən, xalqımızı zəfərə aparan bir böyük ordumuz var! İgid, vətənpərvər və qeyrətli oğullarımız var ki, insana fəxarət hissi verir, qürur bəxş edir.

30 ildir ki, Qarabağ, vətən, torpaq deyə gözüaçıq bu dünyadan köçən ağbirçək analarımız, ağsaqqal atalarımız, babalarımız var ki, onların böyük əksəriyyətinə bir daha o gözəl rəngarəng yurd yerlərini görmək nəsib olmadı! Onlar bu dünyadan belə vətən həsrətiylə getdilər. Kaş bir də o daşları mamır bağlamış küçələri, yurddaşları üçün qəribsəyən tənha dağları, həsrətdən boyunlarını daha da bükən laləli çəmənləri birdə görərdim arzusuyla gözlərini əbədi yumdular.

İllərdir müharbənin acısını, ağrısını çiyinlərində daşıyan soydaşlarımız var. Bu gün də gözü qapıda qalan qız gəlinlərimiz var, itkin düşən oğullarımız var ki, hələ də analarımızın gözləri ağlamaqdan daş bağlayıb.

İnanıram ki, onların qisası yerdə qalmayacaq. İnanıram ki, Azərbaycan ordusu bizləri səbirsizliklə gözləyən o yurd yerlərimizə, kösövü sönmüş ocaqlarımıza, bağrı qan olmuş laləli dağlarımıza qovuşduracaq. İnanıram ki, cıdır düzümüz yenidən bülbüllərin sevinclə zəfər nəğməsini oxuduqları, igidlərimizin hünər göstərdikləri məkana çevriləcək.

Hünər zamanıdır, meydanda gərək,
Bir olsun yurdumun mərd oğulları!
Verməyək düşmənə aman bircə an!
Alaq Qarabağın intiqamını!

Bu savaşda Azərbaycan ordusu qalib gələcək! Zəfər haqqın tərəfində olacaq. Bundan əminəm! Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”!

AMEA Folklor İnstitutunun elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru, dosent Zümrüd Mənsimova

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.