Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 

TÜRKİYƏ CÜMHURİYYƏTİ “MOTİF” XALQ OYUNLARI TƏLİM VƏ TƏDRİS TƏŞKİLATININ RƏHBƏRİ ZEKİ BAYKAL VƏ “MOTİF AKADEMİ” FOLKLOR JURNALININ BAŞ REDAKTORU IŞIL ALTUN AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ “AZƏRBAYCAN FOLKLORUNA YÜKSƏK XİDMƏT MÜKAFATI” İLƏ TƏLTİF OLUNUB

Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində fəaliyyət göstərən və fəaliyyəti bütün Türk dünyasını əhatə edən “Motif” Xalq Oyunları Təlim və Tədris Təşkilatının rəhbəri Zəki Baykalın təşəbbüsü ilə türk xalqları arasında elmi-mədəni əlaqələri daha da möhkəmləndirmək məqsədilə 2011-ci ildən etibarən bu elmi-mədəni qurumun nəşrlərində türk xalqları folkloruna və folklor araşdırmalarına geniş yer verilməsi və türk xalqlarının hər birinə ayrıca buraxılışlar həsr edilməsi planlaşdırılıb.
Qurum ildə iki sayı nəşr olunan elmi jurnalı - “Motif Akademi” folklor dərgisinin 2011-ci il birinci sayını Azərbaycan folklor, ədəbiyyat, dil və sənət araşdırmalarına həsr edib, bunu “Azərbaycan özəl sayı” olaraq təqdim edib.
“Motif” Xalq Oyunları Təlim və Tədris Təşkilatının elmi nəşri olan “Motif Akademi” folklor jurnalı Türkiyə Cümhuriyyətində xalq mədəniyyəti və sənətinin qorunması, yaşadılması, öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması yolunda uzun illər boyu göstərdiyi böyük xidmətləri ilə tanınır və seçilir. Bu, türk xalqlarının yaradıcılığı ilə bağlı aparılan tədqiqatların nəticələrini bütün aspektləri ilə təbliğ edən, Türkiyədəki nəşrlər içində akademik elmi istiqaməti ilə seçilən və Avropa elmi jurnal standartlarına tam cavab verən nüfuzlu bir jurnaldır və çox geniş arealda yayılır. Jurnalda nəşr olunan bütün məqalələr internet vasitəsilə jurnalın elmi heyətində təmsil olunan alimlərə göndərilir və yalnız müsbət rəy verildiyi halda qəbul edilir. Bu səbəbdən də jurnalın təcrübəsi digər folklor nəşrləri üçün çox dəyərli bir örnək rolu oynamaqdadır. Buna jurnalın elmi heyəti, zəngin təcrübəsi, sabit dövriliyi və tirajı da əlverişli zəmin yaradır. Jurnalın redaksiya heyətində Türkiyənin və Türk Dünyasının nüfuzlu alimlərinin adları yer almaqdadır. Ayrıca olaraq, jurnal həm Türkiyənin bütün elm və təhsil dairələrində, həm də Türk Dünyasının müvafiq elm təşkilatlarında tanınmaqda və təqdir olunmaqdadır.


“Motif Akademi” jurnalının ilk xüsusi buraxılışı Azərbaycan folkloruna və filoloji araşdırmalarına həsr olunması Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunda “Motif” Təlim və Tədris Təşkilatının Azərbaycan yönümlü fəaliyyəti, Azərbaycan mədəniyyətini, xalq yaradıcılığını tədqiq və təbliğ istiqamətində atdığı ardıcıl addımlar yüksək qiymətləndirilib.Təşkilatın təşkil etdiyi beynəlxalq konfrans və festivallarda Azərbaycan folklorçularının aktiv iştirakını təmin etdiyinə, Azərbaycan folklorunun tədqiqi və təbliğində göstərdiyi diqqətə, Azərbaycan folklor araşdırmalarının yayınlanmasındakı dəstəyə və “Motif Akademi” jurnalının 2011-ci il üçün nəzərdə tutulan 2 sayında Azərbaycan folklor araşdırmalarına həsr edərək Azərbaycan və Türkiyə ilə yanaşı Azərbaycanın Türk dünyası ilə elmi-mədəni əlaqələrinin yaradılmasındakı müstəsna xidmətlərə görə “Motif” Xalq Oyunları Təlim və Tədris Təşkilatının rəhbəri Zeki Baykal və “Motif Akademi” folklor jurnalının redaktoru, Kocaeli Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Işıl Altun xanım Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən “Azərbaycan Folkloruna Yüksək Xidmət Mükafatı” ilə təltif olunublar.

2011-ci il oktyabr ayının 28-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində təşkil olunan törəndə Mükafatın Fəxri Fərmanı Akademiyanın birinci vitse-prezidenti akademik Arif Həşimov tərəfindən təqdim edilib. Bu əlamətdar hadisədən sonra Folklor institutu və “Motif” Təşkilatı arasında gələcək əməkdaşlığın perspektivləri müəyyənləşdirilib.
Görüşdə habelə AMEA-nın vitse- prezidenti Nailə Vəlixanlı, Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu, “Motif” təşkilatının rəhbəri Zeki Baykal, “Motif Akademi” folklor jurnalının baş redaktoru Işıl Altun, Folklor İnstitutunun şöbə müdirləri Ağaverdi Xəlil, Elxan Məmmədli və institutun aparıcı elmi işçisi Kamran Əliyevin Azərbaycan-Türkiyə dostluq əlaqələrinin möhkəmləndirilməsində folklorun yeri və rolundan bəhs edən çıxışları oldu. Sonda qonaqlar yüksək mükafata layiq görüldükləri üçün təşəkkürlərini bildirdilər və səmimi qəbula görə AMEA rəhbərliyinə dərin minnətdarlıq ifadə etdilər.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.