Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
19.11.2020

Xalqımızın haqq savaşı

Yadımdadır, martın 31-də qondarma “Dağlıq Qarabağ Respublikasında” prezident seçkiləri keçirilirdi. Qondarma seçkilərdən sonra Paşinyan və onun komandası cənnət diyarı Şuşamızda – Cıdır düzündə yallı oynayaraq bütün dünyanın gözləri qarşısında xalqımızı təhqir elədi. O görüntüləri izləyərkən keçirtdiyim sarsıntını heç bir zaman unutmayacağam. Sözlə ifadə edə bilməsəm də, həmin vaxt yaşadığım hissin bir adı vardı – Utanc! Torpaqlarımız hələ də düşmən tapdağı altında olduğu üçün çox utanırdım. Başı aşağı, ürəyimdə ağır bir nisgil gəzdirirdim. Hər dəfə xaricə səfərlər zamanı və elmi konfranslarda iştirak edəndə bu nisgil daha da artır, dili gödək gözü kölgəli vəziyyət alırdım. Bunun səbəbi məğlub ölkənin vətəndaşı olmaqdan ziyadə haqlı ola-ola məğlub durumda olmağımız idi. Bəli, haqsızsansa məğlub olmaq təbii sayıla bilər, buna görə insan heyfslənməz də, amma yox əgər həm haqlı, həm də məğlub tərəf sənsənsə, bu dərdə dözmək çox ağır olur.
Ermənistanın Azərbaycan torpaqlarına iddiaları “Miatsum” adlandırdıqları “Böyük Ermənistan” ideyasını gerçəkləşdirməyə yönəlmiş strateji planlarının tərkib hissəsidir. Özü də təkcə Qarabağla məhdudlaşmır, Gürcüstana, Türkiyəyə, Naxçıvana da iddiaları var. 90-cı illərdə mövcud vəziyyətdən istifadə edərək ənənələrinə sadiq qaldılar, Azərbaycana qarşı yeni torpaq iddiaları irəli sürməyə başladılar. Parçalanan Sovet İttifaqı qara əllərini Azərbaycanımızın üstündən çəkdi dediyimiz anda vətənimizin başının üstünü qara bulud kimi aldılar. Ermənistanda yaşayan 250 mindən çox soydaşımızı öz tarixi torpaqlarından zorla qovdular, Qarabağda müdafiəsiz mülki əhaliyə qarşı qanlı vəhşiliklər etdilər, Xocalıda soyqırım törətdilər, qadın, qoca, uşaq demədən minlərlə insanı vəhşicəsinə öldürdülər. Və nəhayətdə bir milyona yaxın azərbaycanlı öz yurd-yuvasını tərk etməyə məcbur oldu, torpaqlarımızın 20 faizi işğal olundu. Bu müddətdə nə qədər insan müharibənin psixoloji yükünə tab gətirməyərək sağlamlığını itirdi, kimliyi travmalar üzərində qurulan bütöv bir nəsil formalaşdı, mədəni irsimiz zərbə aldı.
Müharibə hər yerdə, hər dövrdə, hər dildə çirkindir. İllərlə qurub-yaratdığın, sahib olduğun hər şeyi saniyələr içində məhv edən kabusdur müharibə. Biz 90-ların gəncləri gənc yaşlarımızda bunun bilavasitə şahidi olduq! 27 il ağrılarımızı, yaralarımızı içimizdə daşıyaraq, qüruru qırılmış bir vəziyyətdə yaşadıq. Dik durmağa çalışsaq da, hər dəfə başımız önə əyildi, “qorxaq, cəsarətsiz” etiketi daim bizi izlədi. Qarabağ bizim sonsuz utanc yerimiz, kədər mənbəyimiz oldu.
Ən ağır sınaqlardan keçdik, 30 il “səbr” deyərək dözdük. Bu müddətdə isə qlobal güclər, beynəlxalq təşkilatlar oyun içərisində oyunlar qurdu. Həll adıyla danışıqlar masasına çıxartdıqları Qarabağ məsələsinin real çözümü üçün heç bir şey etmədilər, əksinə işğalçı Ermənistana heç bir təzyiq göstərməyərək, işğal olunmuş torpaqlarda daha da güclənməsi üçün şərait yaratdılar. Toplantılar, danışıqlar, görüşlər bir-birini əvəzlədi - Madrid, Astana, Bişkek, Vaşinqton... Amma ortada real bir nəticə, bir qarış belə qaytarılmış Azərbaycan torpağı olmadı. Ermənilər isə bu müddətdə təbliğatını kifayət qədər uğurlu və geniş radiuslu qurdular, təkcə özlərini deyil, dünyanı da onilliklər boyu uydurduqları miflərə inandıra bildilər.
Amma bunun bir sonu olmalı idi, oldu da. Apardığımız 44 günlük Vətən Müharibəsi erməni işğalına birdəfəlik son qoydu. Bu 44 gündə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz ön cəbhədə tarix yazdı. Əlbəttə, 30 illik işğalın acı nəticələrini aradan qaldırarkən, tarixi ədaləti bərpa edərkən vətənin xilası üçün misilsiz bədəllər ödədik, itkilərimiz oldu. Hərbçilərimiz, mülki vətəndaşlarımız şəhid oldu, sağlamlığını itirənlərimiz, evi-eşiyi dağılanlarımız oldu. Biz düşmənlə döyüş meydanında müharibə apararkən, onlar yaşayış məntəqələrini, mülki əhalini hədəf aldı. Xoşbəxt xalqıq ki, bütün çətinliklərə, itkilərə baxmayaraq hər kəs Vətən uğrundakı savaşın qələbə ilə bitməsi üçün öz töhfəsini verməyə çalışdı. Gənclərimiz savaşa toya-bayrama gedər kimi getdi. Hər kəs istədi ki, Vətən uğrunda fədakarlıq salnaməsinin yazılmasında onun da iştirakı, payı olsun. Bü müddətdə hər birimiz şəxsi arzularımızı, məişət qayğılarımızı bir kənara qoyub yalnız savaş haqqında düşündük. Bu savaş bizi bizə tanıtdı, bizi bizə bağladı. Etnik mənsubiyyətindən, siyasi mövqeyindən aslı olmayaraq bizə bir amal uğrunda döyüşməyi öyrətdi. Bütöv bir xalqı ordu olan ölkəyə çevrildik. Bu savaş bizə millətimizin necə igid oğulları olduğunu göstərdi. Hamımız qəhraman oğullarımız ilə fəxr edirik, qürur duyuruq.
Ən əsası bu çətin günlərdə dostumuzu və düşmənimizi tanıdıq. Dost yaxşı və pis gündə tanınar deyiblər: xoş gündə hörmətinə, bəd gündə isə köməyinə görə! Haqq savaşında Türkiyəmiz mənəvi cəhətdən Azərbaycanın yanında oldu. Bu, qanı bir, canı bir, soyu bir qardaşın öz qardaşına olan dəstəyi idi. 44 günlük müharibədə Türkiyədəki soydaşlarımız bizimlə üzülüb, bizimlə sevindi. “İki dövlət, bir millət”, “Nə mutlu Türküm deyənə” şüarları bir daha öz təsdiqini tapdı.
İllərdir xəyalını qurduğumuz günləri yaşayırıq. Bu gün mahnılarımıza, arzularımıza, şeirlərimizə mövzu olan Şuşa bizdədir, düşmən tapdağından qurtulmuş şəkildə, asudəliyin, azadlığın sevincini yaşayır. Bizim kimi, Üzeyir bəyin, Xan qızı Natəvanın, Bülbülün güllələnmiş heykəlləri də 28 ildən artıq idi ki, Şuşanın işğaldan azad olunacağı günü gözləyirdilər. Nəhayət o gün yetişdi, ordumuz Şuşanı dronlarsız, tanksız, artileriyasız aldı. İgid oğullarımız düşmənlə əlbəyaxa, üzü-üzə qəhrəmancasına döyüşərək onları mədəniyyət beşiyimizdən qovdu. Xankəndidə olan “Le Monde” qəzetinin müxbirləri yazır ki, “Şuşadan gətirilən yaralı erməni hərbiçilər əsasən tapança və bıçaq yaraları ilə gətirilir”. Rusiya mediası isə yazır: “Belə döyüş, dövlət, vətən sevgisi görən olubmu, demək çətindir?! Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan, tər içində qalxırdı Azərbaycan ordusu. Nə yaralını, nə şəhidi əldən buraxırdılar. Nəfəs almadan Şuşaya çıxdılar...”. Hərbi ekspert Aleksey Arestoviç əlavə edir: “Azərbaycan Şuşanı azad etdi. Piyada döyüşləri ilə, sursatları üstündə daşıya-daşıya, duman altında, pis havada şəraitində dağları yararaq qaytardı”. Bəli, bunu edən, Azərbaycan əsgəri, Şanlı Azərbaycan ordusu idi.
Ordumuz ev-ev, kənd-kənd, şəhər-şəhər inamla, qətiyyətlə addımladıqca, torpaqlarımızı azad etdikcə hamımız, bütün Azərbaycan sevinirdi. Çox qısa müddətdə vətən müharibəsindən qalib çıxan ordumuza nə qədər təşəkkür etsək minnətdar olsaq azdır. Əminik ki, çox yaxın günlərdə qələbəmiz Qarabağın hər yerində üçrəngli bayrağımızın dalğalanması ilə müşayət olunacaqdır.

Fəridə Mirişova
Folklor İnstitutunun “Musiqi folkloru” şöbəsinin kiçik elmi işçisi

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.