Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
04.11.2020

Eşidirsən, Azərbaycan! Qarabağdan salam var...

Qumru Şəhriyar
AMEA Folklor İnstitutunun elmi işçisi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Otuz ildən sonra belə yazacağım heç ağlıma da gəlməzdi: Qarabağdan salam var...
Təxminən 2002-ci il idi. Yenicə Folklor İnstitutunun Dədə Qorqud şöbəsinə işə düzəl-mişdim. Şöbə müdirimiz dəyərli alimimiz Tofiq Hacıyev idi. Hər dəfə Cəbrayılı xatırlayanda kövrələ-kövrələ, gözləri dolaraq qayıdanda nə edəcəyindən, oğlu İsmayıldan (vaxtsız dünyasını dəyişən oğlunun məzarı doğma kəndində idi) bəhs edərdi. Yenə o günlərdən biri idi. Cəbrayıllı xatirələrindən, anasından, oğlundan danışırdı. O torpaqlara qayıdacağından, orada yazıb-yaratmaq istədiklərindən danışmağa başladı. Mən də ona təəccüblə qulaq asırdım. Ona görə təəccüblənirdim ki, bu insanda bu qədər ümid hardandır? O, qəflətən dönüb mənə baxdı. Təəccüblə ona baxdığımı görüb soruşdu: “İnanmırsan Cəbrayıla gedəcəyik?” Dedim: “Yox”. Dedi: “Bəs niyə yaşayırsan?” Bu gün Tofiq müəllimə o torpaqlara qayıdacağıma inanmadığımı dediyim üçün utanıram. Həqiqətən, bir gün o yerlərə, yurdumuza yenidən ayaq basacağıma, Qarabağın qapısında – Cəbrayılda durub bütün dünyaya salam göndərəcəyimə inanmırdım. Amma digər tərəfdən də mən torpaq deyə-deyə dəli olan, havalanıb dünyasını dəyişən o qədər insan görmüşdüm ki, özümü o nisgillə yaşamaqdan, ölməkdən qorumaq istəyirdim.
Mən uzun illər qorxudan (dəli olmaq, havalanmaq qorxusundan) içimdə bu inamı oyada bilməmişdim. Yaşının üzərinə yaş gəldikcə atam daha çox o torpaqlara getmək üçün vuruşurdu. “Anamın, atamın məzarını görmək istəyirəm” deyirdi. Mən isə əldə edə bilməmə qorxusu ilə o yerlərə getməyin xəyalını belə qura bilmirdim. Bu hissi niyə özümdən bu qədər uzaqlaşdırdığımı sonradan baş vermiş bir hadisə ilə izah edə bildim.
Babam Zəngilandan gələndən sonra uzun illər xəstə yatdı. O, Zəngilanın sayılıb-seçilən ziyalılarından idi. Demək olar ki, rayonun bütün əhalisi onun ziyarətinə gəlirdi. Bir dəfə onun ziyarətinə gələn bir qadın nənəmlə danışarkən rayondakı qonşusundan gileylənərək deyirdi ki, “görürsən filankəsi, məndən qara istiot istədi, bir kasa verdim. Kasamı geri qaytarmadı”. O andan əslində nə baş verdiyini dərk etməyə başladım. O qadının itirdikləri onu elə yandırırdı ki, o yanğını duymasın deyə baş verənləri inkar edib ən kiçik, diqqətə layiq olmayan, əhəmiyyətsiz bir hadisəni beyninə həkk eləmişdi. Sən demə, mən də olanları ona görə dərk etmək istəmirdim.
Yaddaş beynin çox maraqlı və bir o qədər də mürəkkəb funksiya və fəaliyyət növüdür. Bu yaddaşın içərisində unutqanlıq isə daha maraqlıdır. Unutqanlıq psixikanın özünümüdafiə mexanizmidir. Unutmaq hissi şüur və şüuraltı sahələri sarsıntı və pozulmalardan qoruyur. İnsan ona təsir edən ağır hadisələrə, canını yandıran, ürəyini göynədən hadisələrə uzun müddət eyni şiddətlə dözə bilmir. Vaxt keçdikcə onun təsiri azalır, tədricən unudulur. Ümumiyyətlə, psixoloji tarazlığı pozan hər şey “unudulur”. Görünür, o qadın da, mən də və bizim kimi minlərlə insan da dəli olmamaq üçün, havalanmamaq üçün böyük faciələri yaddaşımızdan silmişik.
Bunu dərk edəndən sonra məni bir yasəmənin ətri oyatdı sanki...
Evimizin həyətində bir yasəmən ağacı var idi. Pəncərəni açanda yasəmən ağacının böyük bir qolu pəncərədən içəri girərdi. İri, salxım-salxım çiçəklərinin ətri bütün otağı bürüyərdi. Mən illərdir o qoxunun həsrəti ilə yanıb-qovruluram. Bakıda aldığım, yaxud atamın yenidən həyətində əkdiyi o yasəmən ağacı Cəbrayılın ətrini vermir...
Qəribədir, bu yazını uzun zaman öncədən hazırlamışdım, amma heç cür yekunlaşdırıb nəşrə verə bilmirdim. Gecə atam zəng vurub dedi ki, cəbrayıllı hərbiçilərdən bir neçəsi Cəbrayıldan – bizim evimizdən ona zəng vurub. Evimiz-eşiyimiz yerlə yeksandır. Evin içərisində ağaclar bitib. Atamdan soruşdum bəs nədən biliblər ki, o bizim həyətimizdir?! Atam dedi ki, həyətdə bir tək yasəmən ağacı var... O məhlədə təkcə bizim həyətimizdə yasəmən ağacı var idi.
Yasəmən bizi 27 il gözləyib... Vəfalı yasəmən...
Bacılarımla bu xəbərə xeyli kövrəlib ağladıq. Bacım dedi ki, indi də həyətimdə yasəmən ağacı əkmişəm, amma bu, o yəsəmən deyil. O anda dərk etdim ki, deməli, sən nə qədər unutmaq istəyirsən, istə, Tanrı o yaddaşı bir şəkildə səndə qoruyacaq. Biz insanlar o qədər cahilik ki, Tanrının bizə verdiyi nişanələri görə bilmirik. Sən demə, bu yasəmən ətrinin həsrəti bizə o yerlərə qayıdacağımızı soraq verirmiş. Ümid edirəm ki, quruculuq işləri görərkən o ağaca dəyməzlər və biz 27 ildən sonra yenə həmin ağacın gövdəsinə satırılıb onu görəcəyimizə inanmadığımız üçün bizi bağışlamasını diləyəcəyik.
Yadıma Nüsrət Kəsəmənlinin “Sənə deyim dərdimi, gül ağacı” şeiri düşdü. Kiminə gül, kiminə dərd ağacı...:
O gözələ verəcəkdim səni mən,
Əllərində görəcəkdim səni mən,
Saçlarına hörəcəkdim səni mən,
Sən solduqca batmırammı yasa mən,
Bəlkə gəldi, hələ solma, yasəmən!
Bir yaz günü ləçək-ləçək açıldın,
Kədər mənim, sevinc sənin bacındı.
Dərdim səni, əllərimdə uçundun;
Niyə girdim sevənlərlə bəhsə mən?
Bu suçumu sən bağışla, yasəmən.
Sən açıldın mənim üçün yaz deyil,
Məndən çiçək gözləyənlər az deyil,
Gül vermərəm daha heç bir kəsə mən,
Sən çiçək aç, dərəcəklər, yasəmən...
Həyətimizdə bir də 1850-ci illərdən qalma bir tut ağacımız var idi (atamın nənəsi yaxud da babası əkmişdi o ağacı, indi dəqiq xatırlamıram), qoca ağac idi. İndi o ağacdan əsər-əlamət yoxdu. İllərlə o tut ağacının həsrəti, yanğısı közərə-közərə ürəyimizi didib, parçalayıb, ruhumuzu əzib. Mən 27 ildə ya bir dəfə, ya da iki dəfə tut yemişəm. Bu da yəqin qorxudandır, ya da eqoistlikdir, öz həyətimizin tutundan istəyirdim... Hər zaman Nisə Qasımovanın “Tut ağacı” mahnısı atəş olub düşüb qoynumuza. Onu hər eşidəndə ürəyimiz yanırdı:
Tut ağacı boyunca,
Tut yemədim doyunca...
Mənim balam kimə neylər?
Quzu balam kimə neylər?
Bu gün payız olmasına baxmayaraq, mənim üçün havada yasəmən qoxusu var...

Ardı var

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.