Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 

“Ortaq türk keçmişindən ortaq türk gələcəyinə"
 VII Uluslararası folklor Simpoziumu

«Türk nağılları: dil, mədəniyyət və dəyərlər»

AMEA Folklor İnstitutunun ənənəvi «Ortaq Türk keçmişindən ortaq Türk gələcəyinə» simpoziumu bu il Bakıdan üç min km. uzaqda — Quzey Kıbrıs Türk Cümhuriyyətinin Qazımağusa şəhərindəki Doğu Akdeniz Üniversitesinin Mavi Salonunda keçirilmişdir. Folklorşünaslığımızın müxtəlif problemlərinə həsr edilmiş altı simpozium Bakı şəhərində keçirilmişdir. «Türk nağılları: dil, mədəniyyət və dəyərlər» mövzusuna həsr olunmuş yeddinci toplantının KKTC-də keçirilməsi heç də təsadüfi deyildir. Xarici ölkələrin elmi müəssiəsələri ilə əməkdaşlıqda təcrübəsi olan İnstitutumuz 2009-cu ildə Türkiyənin Bolu şəhərində A. Baysal Universiteti və Özbəkistan Elmlər Akademiyasının Nəvai ad. Ədəbiyyat İnstitutu ilə birlikdə keçirilən sempoziumun da təşəbbüsçüsü olmuşdur. Bu dəfə isə ilk təcrübə olaraq AMEA Folklor İnstitutu özünün ənənəvi «Ortaq Türk keçmişindən ortaq Türk gələcəyinə» simpoziumunu xarici ölkədə keçirilmişdir.
2011-ci il dekabrın 1-3-də AMEA Folklor İnstitutu ilə Doğu Akdeniz Universitetinin birgə keçirdiyi VII Uluslararası «Ortaq Türk keçmişindən ortaq Türk gələcəyinə» simpoziumuna elm adamları ilə yanaşı, ictimai-siyasi xadimlər də qatılmışlar.
Simpozium sayğı duruşu və milli marşlarla açılmışdır. Simpoziumun plenar iclasında AMEA Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar Kazım oğlu İmanov çıxış edərək, folklorun türk xalqlarının mədəniyyətində rolundan, dünya sivilizasiyasında əhəmiyyətindən və xalqlarımızın bir-birinə yaxınlaşmasındakı yerindən danışmışdır. Simpoziumda xarici ölkələrin alimləri ilə yanaşı, AMEA Dilçilik İnstitutunun, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Nəşriyyatının və b. təşkilatların əməkdaşları da iştirak etmişdir. AMEA Folklor İnstitutundan isə VII Uluslararası «Ortaq Türk keçmişindən ortaq Türk gələcəyinə» simpoziumunda filologiya üzrə elmlər doktoru Muxtar Kazım oğlu İmanovun (“Nağıllarda yalançı qəhrəman”), filologiya üzrə fəlsəfə doktoru Adil Cəmilin (“Türk mədəniyyətini və dəyərlərini yaşadan nağıllar”), filologiya üzrə fəlsəfə doktoru Ləman Süleymanovanın (“Azərbaycan nağıllarında Naxış” obrazı), türk xalqlarının folkloru şöbəsinin əməkdaşları Vəfa İsgəndərovanın (“Azərbaycan və Türkiyə nağıllarının geleneksəl förmülləri”), Nailə Əbilovanın (“Bahadırlıq nağıllarında qəhrəman və sehrli güclər”) və Folklor laboratoriyasının elmi işçisi Nizami Məmmədovun (“Azərbaycan xalq şairi Məmməd Arazın əsərlərində nağıl motivləri”) maraqlı məruzələri dinlənilmişdir.
Simpoziumun məqsədi türk xalqları arasındakı tarixi əlaqələri bir daha nümayiş etdirmək, Avrasiyada baş verən hadisələrin mədəniyyətimizdəki və folklorumuzdakı təsirini elmi baxımdan araşdırmaq, bu araşdırmaların nəticəsində əldə edilən yeni bilgi, yorum və nəticələri türk və dünya alimlərinin nəzərinə çatdırmaqdır.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.