Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
23.05.2018

AMEA Nizami adına Ədəbiyyat İnstitutu

AMEA Folklor İnstitutu

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş

“FOLKLOR VƏ DÖVLƏTÇİLİK”

mövzusunda III Respublika Elmi Konfransı

(Bakı şəhəri, 13 noyabr 2018-ci il)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 16 may 2017-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi haq­qında sərəncam imzalamışdır.

Müsəlman Şərqində ilk parlametli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın yaşı minilliklərlə ölçülən dövlətçilik tarixində yeni mərhələnin – demokratik respublika mərhələsinin başlanğıcı olmuşdur.

Milli dövlətçilik ideyalarının, sabit milli-mənəvi dəyərlərin təzahür etdiyi və qorunduğu folklor da xalqın tarixi dövlətçilik ənənələrini müxtəlif obraz, süjet və motivlərdə yaşatmaqla müstəqil dövlətin yaranması üçün zəruri mənəvi əsasların formalaşmasında mühüm rol oynamışdır.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu və Folklor İnstitutu birlikdə folklorda dövlətçilik ənənələrinin təzahürü, folklorda milli dövlətçilik etiketləri, milli bayramlar, folklorda etnosun total davranış formulu və özünütəşkiletmə modelləri, folklor və qanunvericilik və s. məsələlərin müzakirəsi ilə bağlı “Folklor və dövlətçilik” mövzusunda III Respublika Elmi Konfransı keçirməyi planlaşdırmışdır.

Arzu edənləri folklor və dövlətçilik mövzusunda məruzələrlə k onfransın işində iştiraka dəvət edirik.

  KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ

Sədarət:

Akad. İsa Həbibbəyli AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru

Akad. Teymur Kərimli  AMEA  Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru

Akad. Muxtar İmanov   –  AMEA  Folklor İnstitutunun direktoru

 

Elmi heyət:

AMEA-nın müxbir üzvü, prof. Kamran Əliyev   - AMEA Folklor İnstitutunun şöbə müdiri  

AMEA-nın müxbir üzvü, prof. Nüşabə Araslı  - AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri

Fil.ü.e.d., prof.  Məmməd Əliyev -  AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Fil.ü.e.d., prof .   Məhərrəm Qasımlı  - AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri

Fil.ü.e.d., prof. Tahirə Məmməd -  AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri

Fil.ü.e.d., prof. Füzuli Bayat   - AMEA Folklor İnstitutunun şöbə müdiri 

Fil.ü.e.d. Ramazan Qafarlı -  AMEA Folklor İnstitutunun şöbə müdiri 

Fil.ü.e.d. Seyfəddin Rzasoy   - AMEA Folklor İnstitutunun şöbə müdiri 

Sən.ü.e.d., prof. Nailə Rəhimbəyli -  AMEA Folklor İnstitutunun şöbə müdiri
  

Fil.ü.e.d. Əfzələddin Əsgər  -  AMEA Folklor İnstitutunun şöbə müdiri

Fil.ü.e.d. İslam Sadıq - AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi  

Fil.ü.f.d. Elxan Məmmədli   - AMEA Folklor İnstitutunun şöbə müdiri 

Fil.ü.f.d., dos. Ağaverdi Xəlil -  AMEA Folklor İnstitutunun şöbə müdiri 

Fil.ü.f.d., dos. İlkin Rüstəmzadə   - AMEA Folklor İnstitutunun şöbə müdiri 
Fil.ü.f.d., dos. Elçin Abbasov   - AMEA Folklor İnstitutunun elmi katibi

Fil.ü.f.d., dos. Afaq Ramazanova  - AMEA Folklor İnstitutunun şöbə müdiri 
Fil.ü.f.d., dos. Rza Xəlilov  - AMEA Folklor İnstitutunun şöbə müdiri 
Əli Şamil   - AMEA Folklor İnstitutu direktorunun xarici əlaqələr üzrə müşaviri

Fil.ü.f.d., dos. Fidan Qasımova -   AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi 

  

Katiblik:

Gülnar Osmanova –  AMEA Folklor İnstitutunun böyük elmi işçisi

Nigar İmaməliyeva  – AMEA Folklor İnstitutunun böyük laborantı

  

MÜHÜM TARİXLƏR:

•  Konfransda iştirak etmək istəyənlər məruzə özətlərini  20 iyun 2018-ci   il  tarixi​nə​dək  [email protected]    elektron poçt ünvanına göndərə bilərlər.  

•   Özətlərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə  27 iyun 2018-ci il tarixinədək elektron poçt ünvanı vasitəsi ilə məlumat veriləcəkdir. 

• Konfrans  13 noyabr 2018-ci il tarixində AMEA-nın əsas binasında (H.Cavid pr., 115) saat 14:00-da gerçəkləşdiriləcəkdir.

• Məruzələrin tam mətni konfrans gününə qədər təqdim edilməlidir.

MƏRUZƏLƏRİN YAZI QAYDALARI:

•  Özətlər 150-200 sözdən ibarət olmalıdır.

•  Özət və məqalələr e-mail ilə göndərilməlidir.

•  Məqalələr kitabda nəşr ediləcək. Kitab konfrans iştirakçılarına pulsuz paylanacaq.

•  Yazı: Microsoft Office Word, Kağız: A4. 

•  Səhifə qaydası: Üst: 2,5, Alt: 2,5, Sağ: 2,5, Sol: 2,5 

•  Yazı puntu: Başlıq 12 şrift ölçüdə, yağlı. 

•  Məruzə: 12 şrift ölçüdə. 

•  İnterval: 1,5.

•  İstifadə edilmiş ədəbiyyat siyahısı məruzənin sonunda  “Qaynaqlar”  yarımbaşlığı altında yazılmalıdır. Ədəbiyyat siyahısı müəlliflərin soyadlarına uyğun olaraq əlifba sırası ilə düzülməli, sıra nömrəsi göstərilməlidir. Məruzədə istifadə edilməyən ədəbiyyat qaynaqlarda gös­tərilməməlidir. Əgər məruzəçi arxiv sənədlərindən, dissertasiyalardan, əlyazma hüququnda olan materiallardan istifadə etmişsə, onlar da “Qaynaqlarda” göstərilən qaydada yazıl­ma­lı­dır. “Qaynaqlar”dan sonra  üç dildə (Azərbaycan, rus, ingilis) xülasə və açar söz­lər  verilməlidir.

•  Konfrans haqqında məlumatı və anket formasını  www.folklor.az  səhifəsindən əldə etmək olar. 

•  Konfransda iştirak etməyənlərin məruzələri çap olunmayacaqdır. 

•  Məruzədə ətək yazısı (snoska) olduqda internet saytında yerləşdirilərkən problemlər yaradır. Buna görə də ətək yazısı (snoska) ilə olan məruzələr qəbul edilmir. Məruzə daxilində qaynaqlar kodlaşdırılmış qayda ilə verilməlidir. 

•  Hər bir məruzəçi üçün maksimum 20 dəqiqə vaxt ayrılacaqdır. Bölmə iclaslarının sonunda müzakirələr keçiriləcəkdir. 

•  Elektron poçt ünvanı ilə göndərilməyən və elanda göstərilmiş qaydalar əsasında təqdim edilməyən məruzələr qəbul edilməyəcəkdir.  

•  Konfransda iştirak etmək üçün ödəniş tələb edilmir.

•  Konfransda iştirak etmək istəyənlərin yol və otel xərcləri özlərinə aiddir.


ÖZƏT FORMASI


 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.