Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 

İnstitutumuzun yeni direktoru

Azərbaycan Milli Elmlər Akademiyasında Folklor İnstitutunun direktoru vəzifəsinə seçkilər keçirilmişdir. Folklorşünaslıq sahəsində tanınmış mütəxəssis, filologiya üzrə elmlər doktoru Muxtar Kazım oğlu İmanov AMEA Folklor İnstitutunun direktoru vəzifəsinə seçilmişdir.
Muxtar Kazım oğlu İmanov 1955-ci ildə Şərur rayonunun Axura kəndində anadan olmuşdur. 1977-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş, 1977-1980-ci illərdə Şərur rayonunun Həmzəli kənd məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir.
1983-cü ildə Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda ədəbiyyat nəzəriyyəsi ixtisası üzrə aspiranturanı bitirərək 1984-cü ildə “Müasir Azərbaycan nəsrində psixologizm” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1983-1992-ci illərdə Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsində kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır.
1992-2000-ci illər arasında “Yazıçı” nəşriyyatının baş redaktoru olmuşdur.
2001-ci ildən Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsində böyük elmi işçi, aparıcı elmi işçi kimi fəaliyyət göstərən M.K.İmanov 2007-ci ildə “Azərbaycan folklorunda gülüşün genezisi və poetikası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Folklorun və ədəbiyyatşünaslığın aktual problemlərinə həsr olunmuş dörd monoqrafiyanın, yüzə yaxın elmi məqalənin, eləcə də bir sıra publisistik yazıların müəllifidir.
Ailəlidir, iki oğlu, bir nəvəsi var.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.