Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
26.5.2017

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FOLKLOR İNSTİTUTU

“MOLLA PƏNAH VAQİF VƏ FOLKLOR”
RESPUBLİKA ELMİ-PRAKTİK KONFRANSI

(Bakı şəhəri, 21 iyun 2017-ci il)

2017-ci ildə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi tamam olur. Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, dəyərini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri yaratmaqla milli ədəbiyyatın yeni istiqamətdə inkişafına güclü təkan vermişdir. Azərbaycan tarixinə, həmçinin böyük siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir.
M.P.Vaqifin yaradıcılığı daim tədqiq obyektinə çevrilmiş, əsərləri kütləvi tirajla nəşr edilmiş və yubileyləri keçirilmişdir. 1982-ci ildə ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olmuşdur.
300 illik yubileyi ilə əlaqədar M.P.Vaqifin adı YUNESKO-nun “2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilmiş, həmçinin cari il TÜRKSOY təşkilatına üzv dövlətlərdə “Molla Pənah Vaqif ili” elan olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixli, 2597 nömrəli Sərəncam imzalamışdır. Sərəncamda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılmışdır.
Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu 21.06. 2017-ci il tarixində “Molla Pənah Vaqif və folklor” mövzusunda Respublika elmi-praktik konfransı keçirməyi planlaşdırır. Arzu edənləri konfransda iştirak etməyə dəvət edirik.


KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ

Sədarət:

Akad. İsa Həbibbəyli – AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru
Akad.Teymur Kərimli – AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi
Akad. Muxtar İmanov – AMEA Folklor İnstitutunun direktoru

Elmi heyət:

AMEA-nın müxbir üzvü, prof. Kamran Əliyev - AMEA Folklor İnstitutunun şöbə müdiri
Fil.ü.e.d., prof. Füzuli Bayat - AMEA Folklor İnstitutunun şöbə müdiri
Fil.ü.e.d. Ramazan Qafarlı - AMEA Folklor İnstitutunun şöbə müdiri
Fil.ü.e.d. Seyfəddin Rzasoy - AMEA Folklor İnstitutunun şöbə müdiri
Fil.ü.e.d., prof. Nailə Rəhimbəyli - AMEA Folklor İnstitutunun şöbə müdiri
Fil.ü.e.d. Əfzələddin Əsgər - AMEA Folklor İnstitutunun şöbə müdiri
Fil.ü.e.d. İslam Sadıq - AMEA Folklor İnstitutunun elmi işçisi
Fil.ü.f.d. Elxan Məmmədli -AMEA Folklor İnstitutunun şöbə müdiri
Fil.ü.f.d. Ağaverdi Xəlil - AMEA Folklor İnstitutunun şöbə müdiri
Fil.ü.f.d. İlkin Rüstəmzadə - AMEA Folklor İnstitutunun şöbə müdiri
Fil.ü.f.d. Elçin Abbasov - AMEA Folklor İnstitutunun elmi katibi
Fil.ü.f.d. Afaq Ramazanova - AMEA Folklor İnstitutunun şöbə müdiri
Fil.ü.f.d. Əziz Ələkbərli - AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi
Fil.ü.f.d.Rza Xəlilov - AMEA Folklor İnstitutunun şöbə müdiri
Əli Şamil - AMEA Folklor İnstitutu direktorunun xarici əlaqələr üzrə müşaviri

Katiblik:

Fil.ü.f.d., dos. Fidan Qasımova - AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi
Nigar İmaməliyeva - AMEA Folklor İnstitutunun böyük laborantı

MƏRUZƏLƏRİN YAZI QAYDALARI:

• Konfransda iştirak etmək istəyənlər məruzə özətlərini 10 iyun 2017-ci il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
• Özətlərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə 15 iyun 2017-ci il tarixinədək elektron poçt ünvanı vasitəsi ilə cavab veriləcəkdir.
• Özətlər 150-200 sözdən ibarət olmalıdır.
• Özət və məqalələr e-mail ([email protected]) ilə göndərilməlidir.
• Məqalələr kitabda nəşr ediləcək.
• Konfransda iştirak etmək üçün ödəniş tələb edilmir.
• Konfransda iştirak etmək istəyənlərin yol və otel xərcləri özlərinə aiddir.

MƏQALƏLƏRDƏ AŞAĞIDAKI TEXNİKİ QAYDALARA ƏMƏL OLUNMALIDIR:

• Yazı: Microsoft Office Word, Kağız: A4.
• Səhifə qaydası: Üst: 3,5, Alt: 3,5, Sağ: 3,5, Sol: 3,5
• Yazı Puntu: Başlıq 12 şrift ölçüdə, yağlı.
• Məruzə 12 şrift ölçüdə.
• İnterval 1,5.
• İstifadə edilmiş ədəbiyyat siyahısı məruzənin sonunda “Qaynaqlar” yarımbaşlığı altında yazılmalıdır. Ədəbiyyat siyahısı müəlliflərin soyadlarına uyğun olaraq əlifba sırası ilə düzülməli, sıra nömrəsi göstərilməli, məruzədə istifadə edilməyən ədəbiyyat qaynaqlarda göstərilməməlidir. Əgər məruzəçi arxiv sənədlərindən, dissertasiyalardan, əlyazma hüququnda olan materiallardan istifadə etmişsə, onlar da “Qaynaqlarda” göstərilən qaydada yazılmalıdır. “Qaynaqlar”dan sonra üç dildə xülasə (rezüme) verilməlidir.
• Konfrans haqqında məlumatı və anket formasını www.folklor.az səhifəsindən əldə etmək olar.
• Konfransda iştirak etməyənlərin məruzələri çap olunmayacaqdır.
• Məruzədə ətək yazısı (snoska) olduqda internet saytında yerləşdirilərkən problemlər yaradır. Buna görə də ətək yazısı (snoska) ilə olan məruzələr qəbul edilmir. Məruzə daxilində qaynaqlar kodlaşdırılmış qayda ilə verilməlidir.
• Hər bir məruzəçi üçün maksimum 20 dəqiqə vaxt ayrılacaqdır. Bölmə iclaslarının sonunda müzakirələr keçiriləcəkdir.
• Elektron poçt ünvanı ilə göndərilməyən və elanda göstərilmiş qaydalar əsasında təqdim edilməyən məruzələr qəbul edilməyəcəkdir.

ÖZƏT GÖNDƏRMƏ FORMASI

(Abstract Submission Form)

Molla Pənah Vaqif və folklor
21 iyun 2017
Azərbaycan – Bakı


ÖZƏT BAŞLIĞI / TITLE OF ARTICLE

Müəllifin adı, soyadı/   Author's title, name, surname

 

Elmi dərəcəsi / Scientific degree

 

Çalışdığı yer /   Institution

 

Bölüm   /   Department

 

E-mail

 

Ölkə, şəhər   /   Country, city

 

Açar sözlər   /   Keywords

 

Məqalənin özəti   /   Abstract

 

 

 

KONFRANSIN KEÇİRİLƏCƏYİ YER:

Bakı şəhəri

ƏLAQƏ:

E-mail: [email protected]
Telefon: (+99412) 492 92 48 (daxili nömrə 107)
(+99412) 492 93 14
Ünvan: Bakı-1000, İçərişəhər, 8-ci Kiçik Qala döngəsi, 31.

 
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.