Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 

AMEA Folklor İnstitutunda Respublika “Dədə Qorqud günü” qeyd olundu

Azərbaycan Respublikasının ümummilli lideri H.Əliyevin şəxsi qayğısı və səyi nəticəsində “Dədə Qorqud Kitabı”nın öyrənilməsində yeni bir mərhələ açılmışdır. Bir vaxtlar türk xalqlarının ana abidəsi olan “Dədə Qorqud Kitabı”nın öyrənilməsinə xüsusi qadağa qoyulmuş və sonralar bu maniyə aradan qalxsa da eposun öyrənilməsində elə bir ciddi ənənənin mövcud olmaması tədqiqatların da səviyyəsinə təsir etmişdir.
“Dədə Qorqud kitabı”nın 1300 illik yubileyinin” keçirilməsi barədə Azərbaycan respublikasının prezidenti H. Əliyevin fərmanından sonra bu sahədə geniş işlər görülmüşdür.
Artıq on ildən çoxdur ki, AMEA Folklor İnstitutunda “Dədə Qorqud kitabı”nın 1300 illik yubileyinin ildönümü münasibəti ilə “Dədə Qorqud günü” qeyd olunur. Bu il də aprel ayının 8-i “Dədə Qorqud günü” ilə bağlı möhtəşəm tədbir qeyd olundu. Tədbir iki hissədən ibarət olub.



Tədbirin rəsmi hissəni giriş sözü ilə açan institutun direktoru, professor Hüseyn İsmayılov öncə məclis iştirakçılarını bu əlamətdar gün münasibəti ilə təbrik edib. Bir neçə min illik türk tarixinin yaddaşından süzülərək bizə gəlib çatan bu abidənin dünyada analoqu olmadığını deyən professor Hüseyn İsmayılov Respublikamızda qeyri-maddi mədəni irsin qorunması işinə verilən yüksək önəmi də vurğuladı. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan mədəniyyəti və abidələri UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilib.
Tədbiri AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev aparırdı. “Dədə Qorqud kitabı” Kərkük dialekti və ədəbi dil” mövzusunda məruzə edən professor Qəzənfər Paşayev dastanın dilini Kərkük dialekti ilə müqayisədə təhlil edib. Bildirib ki, dastanın dili Kərkük dialekti ilə çox yaxından səsləşir. Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında müzakirələr aparılıb.

Tədbirdə “Beyrəyin qanlı köynəyi” mövzusunda məruzə edən f.e.d Kamran Əliyev bu mövzunun tədqiqata böyük ehtiyacı olduğunu deyərək ümumilikdə Oğuz həyatı və etnoqrafiyasının öyrənilməsində mühüm rolundan bəhs etdi. Alim bildirdi ki, dastanın təhlili Beyrək obrazından kənarda mümkün deyildir. Qanlı köynək anlayışını dastanda işlənən qaftan, don (həm də zireh mənasında) ifadələri ilə müqayisə edən alimin qənaətləri maraqla qarşılanıb.
Xəlyəddin Xəlilli “Dədə Qorqud” oğuznamələrində Azərbaycan türklərinin tarixi təfəkkür mərhələləri” mövzusunda çıxış edərkən bildirib ki, türk düşüncəsində mifoloji şüurun mərhələlərini müəyyənləşdirərkən ilk növbədə burada anaxaqanlığı və ataxaqanlığı ilə bağlı mərhələləri nəzərdən qaçırmaq olmaz. Alimin fikrinə əsasən dastan özündə hərbi-demokratik quruluşun və ilkin dövlətçiliyin əlamətlərini saxlayır.
Tədbirdə “Bədii mətnin açıqlanmasında ilkin arxaizmlərin rolu (“Dədə Qorqud” eposu əsasında) məruzəsi ilə çıxış edən f.e.n A.Hacıyev dastandakı sözlərin müxtəlif vaxtlarda ayrı-ayrı alimlər tərəfindən oxunmuş variantlarına nəzər salaraq konkret nümunələr əsasında öz fikrini sübut etdi.
Çıxışçılara yönəldilmiş suallar isə “Dədə Qorqud Kiatbı”-nın daha mürəkkəb məsələləri özündə ehtiva etməsi qənaətini ortaya qoyub. Tədbirdə işdirak edən f.e.d. İ.Abbaslı, f.e.d. M. Kazımoğlu, f.e.d., profeessor Füzuli Bayat, f.e.n. S. Rzasoy, f.e.n A. Xəlil, f.e.n O. Əliyev, f.e.n. R. Kamal və digərləri dastanın mürəkkəb və mübahisəli məqamları ətrafında fikir mübadiləsi apararaq dastanın daha aktual problemlərini diqqət önünə gətiriblər.
Tədbirin rəsmi hissəsində alimlər belə bir qənaətə gəlmişlər ki, artıq hər il keçirilməsi ənənəyə çevrilən Dədə Qorqud günləri növbəti illərdə davam etdirilsin.
Tədbirin bədii hissəsində isə AMEA Folklor “İrs” folklor ansamblının ifasında “Dədə Qorqud kitabı”ndan örnəklər səsləndirildi.

AMEA Folklor İnstitutunun Mətbuat Katibi Hikmət Quliyev

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.