Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
19.11.2015

AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

Noyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin irəli sürdüyü elmi prioritetlərin müzakirəsi ilə bağlı Rəyasət Heyətinin geniş iclası keçirilib. Tədbiri AMEA-nın prezidenti, akademik   Akif Əlizadə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. AMEA rəhbəri Azərbaycan elminə göstərdiyi yüksək qayğıya görə Prezident İlham Əliyevə Azərbaycan alimləri, Akademiya və elmi ictimaiyyət adından dərin minnətdarlığını bildirib. Sonra akademik Akif Əlizadə ölkə prezidenti İlham Əliyevin ü mumi yığıncaqda irəli sürdüyü elmi prioritetlər haqqında geniş məruzə ilə çıxış edib.

Akademik Akif Əlizadə bildirib ki, bu il noyabr ayının 9-da respublikanın ictimai-mədəni həyatında əlamətdar hadisə olan AMEA-nın 70 illik yubiley tədbirində ölkə başçısı İlham Əliyev öz nitqində Azərbaycan elminin respublikanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə şərtlənən prioritetlərini elan edib. Akademik Akif Əlizadə ölkə başçısı İlham Əliyevin Azərbaycan elminin qarşısında ölkənin yeni iqtisadi modelinin hazırlanması istiqamətində fundamental və tətbiqi tədqiqatların, o cümlədən qeyri-neft sektorunun gücləndirilməsi və ixrac potensialının artırılması, ölkənin demoqrafik vəziyyətinin respublikanın sosial-iqtisadi inkişaf perspektivləri ilə əlaqələndirilməsi və bu baxımdan kompleks araşdırmaların aparılması, sənayenin inkişaf prosesində elmin yaxından iştirakına nail olunması kimi mühüm vəzifələr müəyyənləşdirdiyini vurğulayıb. Akademik qeyd edib ki, AMEA-nın elmi bölmələrinin akademik-katibləri bu prioritetlərin elmi müəssisə və təşkilatların Elmi şuralarında geniş müzakirələrini təşkil etməli, təkliflər hazırlamalı, onların icrası ilə əlaqədar müvafiq qərar qəbul edərək AMEA Rəyasət Heyətinə təqdim etməlidirlər.

Tədbirin növbəti hissəsi alimlərin çıxışları ilə davam edib. Tədbirdə, həmçinin AMEA-nın vitse-prezidenti, akademik   İsa Həbibbəyli nin Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi münasibətilə müstəqillik dövrü Azərbaycan tarixinin yazılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi, Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik   Qərib Məmmədov un ölkənin ərzaq təhlükəsizliyinin qorunmasında və kənd təsərrüfatının inkişafında elmin yaxından iştirakının təmin edilməsi, Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik   Teymur Kərimli nin multikulturalizm konsepsiyasının elmi-nəzəri əsaslarının tədqiqi və fundamental istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı ictimai və humanitar elmlər sahəsində araşdırmaların daha da genişləndirilməsi mövzularında çıxışları dinlənilib.

Bundan əlavə, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü   Yaqub Mahmudov   Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və Azərbaycan tarixinin saxtalaşdırılmasının qarşısının alınması istiqamətində  tarix elmi sahəsində uğurla həyata keçirilən araşdırmaların davam etdirilməsi, Dilçilik İnstitutunun direktoru, akademik   Tofiq Hacıyev   Azərbaycan dilinin saflığının qorunması istiqamətində dilçilik üzrə müvafiq tədbirlərin həyata keçirilməsi və AMEA İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev qeyri-neft sektoru üzrə ixrac potensialının artırılması və sənayenin inkişafı prosesində elmin yaxından iştirakına nail olunması kimi mövzularda çıxışlar ediblər.

Tədbirin sonunda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, AMEA-nın 70 illik yubileyi münasibəti ilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə yüksək dövlət mükafatları və fəxri adlara   layiq görülmüş   AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib. Akademik Akif Əlizadə mükafatçıları təbrik edib, elmi fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Bildirək ki, AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu – İmanova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, AMEA Folklor İnstitutu “Folklor və yazılı ədəbiyyat” şöbəsinin müdiri, prof. Kamran Əliyevə isə “Əməkdar elm xadimi” fəxri adı verilib.
Təbrik edirik!

Mətbuat xidməti

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır.
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.