Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
12.10.2015

Folklor İnstitutu Lahıcda “Multikulturalizm və Azərbaycan folkloru” mövzusunda dəyirmi masa keçirdi

AMEA Folklor İnstitutu 10 oktyabr 2015-ci il tarixində İsmayıllı rayon İcra Hakimiyyəti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq Elmi-Metodiki Mərkəzinin iştirakı ilə İsmayıllı rayonunun Lahıc qəsəbəsində “Multikulturalizm və Azərbaycan folkloru” mövzusunda dəyirmi masa keçirmişdir. Dəyirmi masada İsmayıllı rayonunda məskunlaşan azsaylı xalqların özünəməxsus mədəni dəyərlərinin, adət-ənənələrinin, sənət və peşə sahələrinin qorunması, onların folklorunun toplanıb tədqiq olunması yolları kimi məsələlər müzakirə edilmişdir.

Tədbirdə Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanovun “Multikultural Azərbaycan və folklor”, Mədəniyyətşünaslıq Elmi-Metodiki Mərkəziinin direktoru Asif Usubəliyevin “Mədəniyyətlərarası dialoq və folklor”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Vidadi Rzayevin “Ölkəmizdə multikulturalizm və tolerantlıq”, İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndəsi Olqa Jabinanın “İvanovka kəndində yaşayan molokanların həyatı, məişəti və folkloru”, Folklor İnstitutunun böyük elmi işçisi Atəş Əhmədlinin “İsmayıllı bəlgəsinin folklorunda multikulturalizm təmayülləri”, Folklor İnstitutunun dissertantı Dadaş Əliyevin “Lahıclar, onların dili, folklor örnəkləri, onların toplanması və öyrənilməsi tarixi” və b. mövzularda məruzələri dinlənilmişdir.

Qərara alınmışdır ki, Lahıcda bölgənin etnik folklorunun toplanılması işinin mərkəzləşmiş qaydada həyata keçirilməsi üçün Folklor İnstitutunun yerli nümayəndəliyi yaradılsın. Tədbirin sonunda Lahıc qəsəbəsinin, eləcə də Mollaisaqlı, Sumağallı, İvanovka kəndlərinin folklor qruplarının çıxışları maraqla qarşılanmışdır.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.