Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
5.10.2015

Folklor İnstitutu Elmi Şurasının iclası keçirilib

Oktyabrın 2-də AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib. İclası Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü, fil.ü.e.d. Muxtar İmanov (Kazımoğlu) açaraq gündəlikdəki məsələlər haqqında məlumat verib.
İlk olaraq Folklor İnstitutunun doktoranturaya qəbul və ixtisas minimumu imtahanı proqramı və test-sual bankının hazırlanması barədə AMEA-nın müxbir üzvü, fil.ü.e.d. Muxtar İmanov (Kazımoğlu) məlumat verib, demək olar, test-sual bankının hazırlanması ilə bağlı hər bir şöbənin tapşırılan işi yerinə yetirdiyini bildirib. Bu sahədə komissiyanın yaradılması təklif edilib.
İnstitut şöbələrinin və elmi-yardımçı qurumlarının fəaliyyətinin gücləndirilməsi barədə məsələ ilə bağlı danışan AMEA-nın müxbir üzvü, fil.ü.e.d. Muxtar İmanov işə davamiyyətin daim məsuliyyətə, intizama əsaslanmalı olduğunu bildirib. Eləcə də o, vaxtilə Mifologiya şöbəsində fəaliyyət göstərmiş elmi lektoriyanın bərpasını, hər şöbədə plan işlərinə uyğun məruzələrin olmasını gərəkli sayıb.


Üçüncü məsələ - “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi ilə əlaqədar tədbirlər” barədə danışan AMEA-nın müxbir üzvü, fil.ü.e.d. Muxtar İmanov çapı nəzərdə tutulan üç cilddən ibarət “Qorqudşünaslıq” kitabı ilə bağlı məlumat verib, artıq materialların sistemləşdirildiyini bildirib. Qeyd edilib ki, institut sözügedən mövzuda elmi sessiyaya və beynəlxalq elmi konfransa hazırlaşır. Habelə institutda “Dədə Qorqud xəritəsi”nin hazırlanması ilə bağlı işlər də davam etdirilir.
Xarici ezamiyyələr məsələsinə toxunan Elmi Şuranın sədri institut əməkdaşlarının xarici ölkələrə beynəlxalq elmi konfranslara gedərkən elmi hazırlığın daha yüksək olmasının gərəkliyini bildirib.


Sonda araşdırmaçı, tərcüməçi, şair Anna Batkulaşvilinin “Azərbaycan folklor nümunələrinin gürcü və rus dilinə çevrilməsi problemləri (Qurbaninin şeirləri əsasında)” adlı məruzəsi maraqla dinlənilib. A.Batkulaşvili Azərbaycan xalqına dərin sevgisini ifadə edib, bu sahədəki tərcümə işlərini sevə-sevə etdiyini bildirib. Vurğulayıb ki, indiyə kimi bu sahədəki çalışmaları gürcü ictimaiyyətinin ciddi marağına səbəb olub. Eləcə də o, məruzəsi ilə bağlı iştirakçıları maraqlandıran sualları cavablandırıb.
İnstitutun Xarici əlaqələr bölməsinin müdiri Əli Şamil bu sahədə mütəxəssislərin yetişdirilməsi perspektivindən danışıb.
AMEA-nın müxbir üzvü, fil.ü.e.d. Muxtar İmanov Anna xanıma çıxışına görə təşəkkür edib, onun Azərbaycan folkloru nümunələrinin gürcü dilinə tərcümə işlərinin institut tərəfindən sistemləşdirilib kitab halında nəşr olunmasının vacibliyini bildirib.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.