Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
5.10.2015

“Şəki folklor örnəkləri” kitabının II cildi çap olunub

AMEA Folklor İnstitutunda bölgə folkloruna dair daha bir kitab – “Şəki folklor örnəkləri” kitabının II cildi nəşr olunub. Layihənin müəllifi AMEAnın müxbir üzvü Muxtar Kazımoğlu – İmanov, materialların toplayıcısı və kitabın tərtibçisi fil.ü.f.d., dos. Ləman Vaqifqızı – Süleymanovadır. Bu kitab Şəkinin Göynük mahalından toplanmış folklor mətnlərini əhatə edir. Bu cild bölgələrimizdən toplanıb çap olunmuş kitablar arasında bütöv bir rayona yox, mahala həsr olunmuş ilk kitabdır.
Bölgələrimizdən toplanmış digər kitablar kimi bu kitabın da özünəməxsus cəhətləri var. Kitaba salınmış materialların böyük əksəriyyətini mifoloji mətnlər təşkil edir. Halın keçi dönərgəsi – Unuqay, Halın xoruz dönərgəsi, Vəhşi adam, Süleysin, Xortdan kimi personajlar Azərbaycan folkloru üçün tamamilə yenidir. Halın qadın dönərgəsi, Əzrayıl, Cin, Xıdır Nəbi, Xıdır İlyas, Naxış mifoloji personajları Azərbaycan folkloru ücün yeni olmasalar da, indiyədək nəşr olunmuş heç bir folklor toplusunda bu personajlarla bağlı bu qədər mətn bir yerdə çap olunmayıb.
Ovçuluqla bağlı mətnlərdə ovçular, ov həddi, ovun güdükçüləri, Süley və yaxud İsgəndər quşu haqqında maraqlı informasiyalar cəmləşib. Pirlərlə bağlı xeyli sayda rəvayət də kitabda özünə yer alıb. Pir baba, Şeyx Əhməd baba, Hacı Salah baba, Mahmud Axund baba, Mütübillah baba, Tamam nənə, Sarılıq ziyarəti, Qəbiz ziyarəti, Dəmirov ziyarəti, Südlü bulaq, Ağası babanın bulağı, Beşik daşı, Əjdaha daşı, Palıd baba ziyarətləri ilə bağlı mətnlər Göynük mahalında geniş yayılıb. Rəvayətlərin bir hissəsini də Molla Cuma ilə bağlı rəvayətlər və müxtəlif mövzulu rəvayətlər təşkil edir. Kitaba daxil olunmuş materialların bir qismi etnoqrafik mətnlərdir. Müxtəlif dualar, yağış kəsdirmə və yağdırma, toy və yas adətləri, Mövlud mərasiminin keçirilmə qaydaları ilə bağlı mətnlər bu başlıq altında özünə yer alıb.
Bayatılar, ağılar və paremioloji vahidlər də diqqəti cəlb edir. Göynük mahalında bayatı formasında söylənilən ağılarla yanaşı, nəsr formasında deyilən ağılar da geniş yayılıb.
Kitaba salınmış materialların bir özəlliyi də onların Göynük şivəsində verilməsidir.
Söyləyici pasportlaşdırılmasında mətnlərin toplanma tarixləri də qeyd edilib.
Kitabın sonuna maraqlı şəkillər əlavə olunub.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.