Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
26.5.2015

Adil Cəmil

Qəza

Tələbə yoldaşım, alim dostum Muxtar Kazımoğlunun çox gənc yaşında dünyasını dəyişən övladı Toğrulun əziz xatirəsinə

Təzə açılanda səhərin gözü
Bir xəbər yayıldı ildırım kimi.
Fələk fəlakətlə sınadı bizi,
Qəm keçdi ürəkdən bir şırım kimi.

Saraldı çəmənlər, soldu güneylər,
Günahsız bir gəncin varmı günahı?!
Nə yer tuta bildi, nə də ki, göylər
Ağı deyənlərin çəkdiyi ahı.

Arzusu bitməyən bir ömür bitdi,
Elə bil yer çıxdı öz məhvərindən.
Bir göz qırpımında ayrılıb getdi
Ana balasından, gəlin ərindən.

Ucaldı göylərə ana fəryadı -
Tanrıdan istədi öz balasını.
Toğrul yandıraraq doğmanı, yadı
Qurdu ürəklərdə qəm qalasını.

Atanın göz yaşı axdı içinə
Elə bil arzusu, kamı çəkildi.
Oğul böyütmüşdü qələm gücünə,
Halal çörəyinin tamı çəkildi.

Uzaq üfüqlərə boylandı ata,
Qapıldı özünə səssiz, kirimiş.
Elə bil sevgisi öldü həyata,
Elə bil gördüyü bir yuxu imiş…

…Bir bəla yol gəlib gecəyarısı,
Ana evdə yoxmuş, ata evdə yox.
Sən demə qəzaymış "ürək ağrısı",
Sən demə o gəncə tuşlanıb bu ox.

Bu dərdin oduna əriyirəm mən,
Belə müsibətə dözməyir adam.
Ay oğul, dünyaya gələsi körpən
Hələ gəlməmişdi, getdin dünyadan.

***
Allahım, bəndənə təmkin bəxş elə,
Səbrin sığalından keçsin qəm, kədər.
Çoxalıb fələyin qurduğu tələ,
Ölüm cavanlaşıb niyə bu qədər?!

Həyatda ağ ilə qara qarışıq,
Verən Allahdırsa varı tükənməz.
Hər zülmət gecənin sonunda işıq -
Ümid ağacının barı tükənməz.

24.04.2015

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.