Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
21.5.2015

Cismani ayrılıq

Ölüm! Dördcə hərfdən ibarət bu kabus bizi sevdiklərimizdən, sevdiklərimizi də bizdən həmişəlik qoparır, əbədiyyət, haqq adlı bir dünyaya aparır. Amma bu, cismani ayrılıqdır. Çünki bizdən ayrılanlar bizi cismən tərk etsələr də, ruhən elə bizimlədi. Ən xoş, ən ağrılı məqamlarda belə, qayğılı-qayğısız anlarda, yuxularda belə onlar yenə bizimlədi.
Deyirlər ki, ölüm qaşla-göz arasındadı. Bir də deyirlər ki, ölümlər çox vaxt vədəsiz və yersiz olur. 29 yaşlı Toğrulun faciəsi də elə qaşla-göz arasında olan vədəsiz və yersiz ölümlərdəndir. Bəli, qaşla-göz qədər yaxın. O qədər yaxın ki, ən əzizləri belə bu ölümün bu qədər yaxında olduğunu təsəvvür edə bilməzdilər. Axı, vaxtsız gələn ölümü necə təsəvvürə gətirərsən?
AMEA-nın müxbir üzvü, zəhmətkeş alim və dəyərli insan Muxtar Kazımoğlu (İmanov) və ömür-gün yoldaşı Gültəkin xanım bu “sürpriz ölüm” kabusundan çox-çox uzaqda idilər. Bu ilki baharın onlara gətirəcəyi “qəfləti ölüm” xəbərindən çox-çox uzaq. Nə biləydilər ki, bu ilk baharda açılacaq gül-çüçək qoxusu yerinə ölüm qoxusu duyacaqlar. Nə biləydilər ki, quşların vuracaqları cəh-cəhlər, oxuyacaqları avazlar yerinə qəlbləri parçalayan nalələr eşidəcəklər. Axı, nə biləydilər ki, isti ocaqlarına yaxınlaşıb o isti ocağın canlı bir parçasının indi buz kimi soyuq, cansız parçasına toxunacaqlar. Boy-buxunlu, qəddi-qamətli, ailəcanlı, qeyrətli bir oğulun ona yaraşmayan bu ölümünü izləyib, çarəsizlik içində yanacaqlar. Hələ isitmədiyi ocağının tüstüsünə baxıb alışacaqlar. Şair yaxşı deyib:
Hələ isitməmiş öz yerimizi
Ölüm cəllad olub haqlayır bizi.
Bir qədər sonra isə “O çadır mənim olmalıydı!”, “O ölüm mənim olmalıydı, ay oğul!” deyə fəryad qoparan bir ananın üsyankarlığı uğultuya dönüb qulaqlarımızda əks-səda verir. İndi o ana bu yaz günü gülə necə aç desin, bülbülə necə oxu desin?! Yadımıza yenə böyük söz ustadı B.Vahabzadənin misraları düşür:

Bu ilki bahardan bizə nə?
Vallah,
Gəlsə də, bu bahar bizimçün deyil,
Oxuma, oxuma, bülbül, sən Allah,
Açma, xarı bülbül, açma, sən bu il.

İndi bu anaya, bu ataya necə təsəlli vermək olar?
Hələ yazdı, yaydı, qarşıdan payız-qış gəlib, qar-yağış qapımızı döyəndə, sellər-sular oynayanda “O soyuq məzarda necə yatırsan, ay oğul?”- deyib həyata üsyan edəcək Gültəkin xanıma necə təsəlli vermək olar?
Sizə, Muxtar müəllim, hər zaman bizə dayaq olub, düzgün yol göstərənə, çətin məqamlarımızda, ağrılı-acılı günlərimizdə ürək-dirək verənə, uğurlarımıza şərik çıxıb, bizimlə paylaşana, yas məclisinə gəlib bizim deyə biləcək sözümüz olmayanda belə “Evinizə xeyir aparın, şadlıq aparın” deyənə axı, necə təsəlli verə bilərik?
Oğlunuzu, ciyərparanızı son mənzilə yola salarkən güclə atdığınız addımlarınızı, boğulmuş simanızı, əyilmiş qəddinizi seyr etmək bilsəniz bizə nə qədər ağır idi?
Muxtar müəllim! Bir də əvvəldə qeyd etdiyimiz sözümüzə qayıdırıq: Toğrul yalnız cismən sizdən ayrıdı, ruhən elə sizinlədi.
Həyat belədir. Ötən hər bir gün bizi itkilərimizdən daha da uzaqlaşdırır. Amma digər tərəfdən biz saatbasaat, addımbaaddım elə onlara doğru gedirik. Allah ölümün də gecindən versin!

Sönməz ABBASLI
filologiya üzrə fəlsəfə doktoru
AMEA Folklor İnstitutunun böyük elmi işçisi

21 may 2015-ci il, "Təhqiqat" qəzeti.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.