Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
8.5.2015

“Azərbaycan-Türkiyə: yeddi ulu ozan” Beynəlxalq Elmi Simpoziumu

Mayın 7-də AMEA-nın Əsas binasında “Azərbaycan-Türkiyə: yeddi ulu ozan” mövzusunda Beynəlxalq Elmi Simpozium öz işinə başlayıb. Beynəlxalq Elmi Simpoziumun təşkilatçıları AMEA Folklor İnstitutu, Nizami adına Ədəbiyyat İnstitutu, Türkiyə Hacı Bektaş Vəli Kültür Dərnəyi və Türk İşbirliyi Koordinasyon Ajansı Başkanlığıdır (TİKA).
Simpoziumun açılış toplantısında Azərbaycanla yanaşı, İran, Dağıstan, Gürcüstan, Qazaxıstan və Türkiyədən olan tanınmış elm və mədəniyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə AMEA-nın Ədəbiyyat, Folklor institutları və Hacı Bektaş Vəli Kültür Dərnəyi tərəfindən nəşr edilmiş kitablardan ibarət sərgi ilə tanış olublar.


Simpoziumu giriş nitqi ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açıb. O, bildirib ki, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Yəmini, Virani, Pir Sultan Abdal və Qul Hümmət Anadoluda “Yeddi Ulu Ozan” kimi qəbul edilir və tanınırlar. Nəsimi, Xətai, Füzuli Azərbaycanda olduğu kimi Türkiyədə də çox sevilən dahi sənətkarlardır.
Akademik simpoziumun məqsədinin hər iki ölkədə bu dahi sənətkarlarla bağlı araşdırmaların aparılmasını təmin etmək, aşıq sənətinə dair mövcud məlumatları toplamaq və qiymətləndirmək olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ortaq ədəbi keçmişə, mədəniyyətə, onun inkişaf problemlərinə və görkəmli şəxsiyyətlərinə həsr olunmuş beynəlxalq tədbirdə alimlər “Yeddi Ulu Ozan” haqqında tədqiqatlarını, həmçinin bu böyük sənətkarlarla bağlı əldə etdikləri yeni məlumatları dünya ictimaiyyətinə təqdim edəcəklər. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan akademik İsa Həbibbəyli Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, eləcə də elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib, həyata keçirilən birgə layihələrin bu əməkdaşlığı daha da genişləndirəcəyinə əminliyini ifadə edib.


Daha sonra çıxış edən AMEA-nın müxbir üzvü, Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu – İmanov beynəlxalq tədbir çərçivəsində aparılacaq birgə müzakirələrin iki dövlət arasında mədəniyyət, ədəbiyyat sahəsində əlaqələrin inkişafına təkan verəcəyini bildirib, simpoziumun işinə uğurlar arzulayıb: “Beynəlxalq simpozium özünün mövzusuna görə özəl xüsusiyyətə malikdir. Ona görə ki, yeddi böyük sənətkara həsr olunub. Bu sənətkarların bir simpoziumda müzakirə olunması böyük bir məsələdən xəbər verir. Bu, həmin sənətkarların dönə-dönə təbliğ, bədii-fəlsəfi şəkildə ifadə elədiyi vəhdət məsələsidir. Bir çox tədqiqatçıların da dediyi kimi bu sənətkarlar türk sufiliyindən xəbər verirlər. Türk sufiliyi ərəb və fars sufiliyindən müəyyən qədər fərqlənir. Bu sufiliyin ən başlıca fərqi onun köklərinin tanrıçılığa, şamançılığa gedib çıxmasındadır. Tanrıçılıqda qədim türk övladı tanrıdan qorxmur, onu böyük məhəbbətlə sevir. Bu yeddi sənətkarımızın yaradıcılığında həmin ilahi məhəbbət öz geniş əksini tapır. Türk sufiləri o dünya ilə bu dünya arasında vasitəçi olmaq missiyasını öz üzərlərinə götürürlər. Bu, həmin missiyadır ki, bir vaxtlar tanrıçılıq dövründə həmin missiyanı şaman yerinə yetirirdi. Nəsimi, Füzuli, Xətai, Yəməni, Virani, Pir Sultan Abdal və Qul Hümmət yaradıcılığının baş qəhrəmanı uca insandır. Bu sənətkarlar böyük hərflə yazılan Məni - Allahın bir zərrəsi kimi duyur, dərk edir və sözə çevirir, ədəbiyyatımızın gözəl nümunələrini məhz bu əsasda yaradırlar. Bu sənətkarlar özündən sonrakı ədəbiyyata ciddi şəkildə təsir göstəriblər. Onlar nə qədər mistik aləmlə bağlı olsalar da, həm də real ictimai problemlərlə bağlıdırlar. Bu sənətkarların işığında insana, ədəbiyyata yenidən baxa bilərik və baxmalıyıq.
Türkiyənin Hacı Bektaş Vəli Mədəniyyət Dərnəyinin rəhbəri Mustafa Özcivan simpozium iştirakçılarını salamlayaraq dərnəyin gördüyü işlər haqqında bilgi verib, bu kimi tədbirlərin mənəvi-mədəni əlaqələrin inkişafında mühüm rol oynayacağına əminliyini ifadə edib.

Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Meral Barlas yeddi ulu ozanın türk xalqlarının mədəniyyətində dərin iz buraxdığını bildirib: “İnsanlara və həyata sevgi ilə baxmağı hər zaman üstün tutan bu ozanların əsərləri bu gün də xalq arasında tanınmaqda və sevilməkdədir. Orta tarixi mədəni dəyərləri tanımaq və nəsildən nəsilə çatdırmaq mühüm əhəmiyyətə malikdir”.
Dünya Söz Akademiyasının başqanı Hayrettin İvgin (Türkiyə) çıxışına AMEA-nın müxbir üzvü, Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu – İmanova başsağlığı ilə başlayıb: “Folklor İnstitutunun dəyərli direktoru Muxtar Kazımoğlunun gənc övladı Toğrulun 29 yaşında vaxtsız vəfatı ilə bağlı nümayəndə heyəti adından başsağlığı diləyirəm. Simpoziumun uğurlu keçəcəyinə inanıram”.
Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva da beynəlxalq tədbirə təbriklərini yetirib, institutun nəşrlərini qonaqlara hədiyyə edib.


Digər çıxışçılar – Türkiyə Cümhuriyyəti Baş Nazirliyi TİKA Koordinatoru Mustafa Haşim Polat, Əl-Fərabi adına Qazax Milli Universitetinin müəllimi Asker Turqanbayev (Qazaxıstan), Şərqi Azərbaycan İrşad İdarəsinin müdiri Əli Əkbər Səfipur (İran), prof. dr. Fikrət Türkmən (Türkiyə), dr. Gülağ Öz (Türkiyə) və başqaları çıxış edərək simpoziumun keçirilməsinin gələcək əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini bildiriblər.
Tədbir çərçivəsində Təşkilat Komitəsi tərəfindən simpoziumun bəzi iştirakçıları mükafatlandırılıb.
Açılış toplantısını yekunlaşdıran akademik Teymur Kərimli çıxışları dəyərləndirib, simpoziumla bağlı fikirlərini bölüşüb, iştirakçılara uğurlar arzulayıb.
İki gün davam edəcək tədbirdə “Nəsimi sözü: zaman və məkanın fövqündə”, “Füzulinin farsca divanında irfani istilahlar”, “Azərbaycan ilə Anadolu arasında mədəniyyət körpüsü olaraq yeddi ulu ozan”, “XX əsr Azərbaycan poeziyasında Nəsiminin bədii obrazı” və s. mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
Azərbaycanın tarixi və mədəni zənginliyi haqqında dolğun təsəvvür yaratmaq məqsədilə simpoziumun keçirildiyi günlərdə qonaqların Bakı və ətraf ərazilərin tarixi abidələri və muzeyləri ilə tanış edilməsi də nəzərdə tutulub.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.