Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
1.5.2015

“Torpağa düşdüm, bu gənc yaşımda”

Əski türk adlarından biri də Toğruldur. Bu ad “doğrulmaq" sözündəndir, yəni doğrul, gerçəkləş, özün ol. Toğrulu iri və kəskin caynaqları olan, tutduğunu buraxmayan ağ şahin, hətta iri qanadlı mifik quş hesab edənlər də vardır.
Dəyərli alim Muxtar İmanov da düz 29 il öncə oğluna Toğrul adı verdi ki, o özünü yaşamda doğrultsun, el-obasına layiqli oğul olsun. Bu müddətdə Toğrul düz danışan, haqqı nahaqqa verməyən, insanların hörmətini qazanan bir gənc olaraq böyüdü Muxtar müəllimin ocağında.

***

Ölüm kimsəyə güzəşt etmir, ona görə cavan, məsum ömürlərə amansızlıqla qıya bilir. Ölümün amansızlığına nifrət bundandır. Toğrul ömrünün çiçək açan çağında, təbiətin çiçək fəslində aramızdan getdi.
Heç nədən, elə durduğu yerdəcə amansız ölüm onu yaxaladı. Səbəb isə ürək tutması imiş. Bu acı xəbər yurdun hər yerinə yayıldı. Tanıyan-tanımayan, eşidən-bilən o gün Muxtar müəllimin acısına ortaq olmağa toplaşdı. Hər kəs ağlayırdı – aşkar-gizli, qadınlı-kişili...

***
Toğrulun bu əzəli-əbədi dünyadan yaşam payı cəmi 29 il oldu. Çox ağır itkidir övlad, gənc ər itkisi. Anasının fəryadına, əlinin hənası solmayan, toy xonçaları hələ açılmayan gəlinin – gənc həyat yoldaşının harayına, naləsinə dözmək çətin idi Toğrulla ayrılıq mərasimində. Sanki Allah həmin gün səbrləri kəsmişdi. Hər kəsin gözündə bir sual vardı. Ölüm nədən belə qəfil və gənc ikən yaxaladı Toğrulu?
Dəyişdikcə ömür yolum,
Hey qırıldı qanad-qolum.
Kimə deyim, kimdən sorum,
Yazan bizdən sormadı ki?!
Həyat insana qarşı çox amansızdır. Güldürdüyü qədər ağladır, sevindirdiyi qədər dözülməz acılar yaşadır. Gah şəfqətli, gah zülmkar olur.
Döngə yoxuş, dönəm sərtdi,
Tale bizə nələr etdi.
Vaxtı çatan çıxıb getdi,
Dünya bizə qalmadı ki...
Toğrulun vaxtı çox tez çatdı. Onun ömrü bir göz qırpımında başa çatdı.

***
Qəfil ölüm anaya dil açdırmışdı – layla ilə böyütdüyü balasını, ciyər parasını son mənzilə də layla ilə yola saldı.
Həmin gün saçlarına vaxtsız dən düşən, dağ vüqarlı Muxtar müəllimin üzünü dəhşətli kədər bürümüşdü. Başsağlığına, ürək-dirəyə gəlmiş bütün insanların üzündə tez qırılan ömrə təəssüf, ölmün amansızlığına qarşı hiddət, nifrət aydınca duyulurdu. Hamı ölüm adlı bir hadisənin həyatdan hələ yetərincə kam almayan gəncə belə tez qıymasına acıyırdı, ağrıyırdı.

***
Bu acı bir daha onu göstərdi ki, faciələr insanları birləşdirir, bir-birinə arxa-dayaq, həyan edir. Toğrulu son mənzilə yola salanlar ölüm qarşısında birləşmişdilər, ona dov gəlmişdilər. Belə çətin gündə dərdliyə dayaq durmaq, doğmalığı əsirgəməmək ölümü öldürməkdir! Ölüm insanı öldürdükcə özü də ölür insanların gözündə.

***

Heç bir ata-ana övlad itkisi ilə sınağa çəkilməsin! Kimsədən yaxşılıq, səmimilik əsirgəməyən, hamıya xeyirxahlıq edən Muxtar müəllimə bu ağır günlərdə yalnız belə deyə bilərik:
Dərd yeridi üstümüzə,
Kim pərişan olmadı ki?
Doğmaları itirdikcə,
Kim boşalıb-dolmadı ki?

***

Toğrul bu dünyaya mərd gəldi, mərd getdi. Həyat isə ona qarşı namərdlik etdi, yaratdığını başacan yaşada bilmədi. Gənc yaşında ölüm onu sınağa çəkdi və yendi. İnsanın bir faciəsi də elə budur – o, ölümü yenə bilmir. Acı da olsa, həyat ölümü haqlı çıxarır.
İndi Toğrul son yadigarına yalnız belə deyə bilir:
Başına dolanacaqlar,
Halını soracaqlar,
Qayğına qalacaqlar,
Təkcə mən olmayacam...

***

Sayğılı Muxtar müəllim! Toğrul təkcə sizin ailədən getməyib, eldən, yurddan gedib. Sizə deyilən ən ovundurucu söz təbii ki, bala dərdinizi ürəyinizdən, düşüncələrinizdən silməyəcək. Siz Toğrulun yaşamadığı ömrü yaşamalı, onun yarımçıq arzularını gerçəkləşdirməlisiniz. Bu, Toğrulu ölümsüzləşdirər, ona qıyan ölümü sarsıdar.

İlhamə Qəsəbova,
filologiya üzrə fəlsəfə doktoru

"Kredo" qəzeti, 1 may 2015-ci il.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.