Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
21.4.2015

Nizami Muradoğlu-60

Aprelin 17-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda AMEA Folklor İnstitutunun əməkdaşı, fil.ü.f.d., şair, publisist Nizami Muradoğlunun anadan olmasının 60 illiyinə həsr olunan tədbir keçirilib.
Tədbirin aparıcısı Ağaverdi Xəlil çıxışında Nizami Muradoğlunun yaradıcılıq yolundan bəhs edib, müəllifi olduğu kitablar haqqında danışıb: “Nizami Muradoğlunun yaradıcılığılnda ən çox sevdiyi mövzulardan biri Vətən mövzusudur. O, Vətənə həsr etdiyi şeirlərdə illərlə ürəyində yaşatdığı hissləri şeirə çevirib”.
Yubiley mərasimində çıxış edənlər – Vaqif Yusifli, Adil Cəmil, Oqtay Rza, Dilarə Nağıyeva, Tahir Orucov və başqaları Nizami Muradoğlunun yaradıcılıq məziyyətlərindən söz açıblar, onu 60 illik yubileyi münasibətilə təbrik ediblər. Çıxış edənlər vurğulayıblar ki, Nizami Muradoğlu bütöv Azərbaycanın bənzərsiz gözəlliklərini, yurdumuzun igid, qəhrəman övladlarını, tariximizin şərəfli səhifələrini poetik bir dillə qələmə alıb.
Tədbirin sonunda çıxış edən Nizami Muradoğlu ona göstərilən diqqət və qayğıya görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, iştirakçılara öz təşəkkürünü bildirib.
Xatırladaq ki, Nizami Muradoğlu ötən əsrin 70-ci illərində ədəbiyyata gəlib. Onun “Kəhrizin suyu” və “Duman” adlı ilk şeirləri 1971-ci ildə “Azərbaycan gəncləri” qəzetində dərc olunub. O, ”Qayıda bilmirəm” (1989), “Dayan, əsən külək” (2002), “Vətən dərdi” (2005), “Sabaha açılan qapılar” (2009), “Bu dünyanın məzarları ağlamaz” (2010), “Yaşayan Cavidlər” (2012), “Sözün Məmməd Araz zirvəsi” (2013), “Baba ocağı” (2014), “Seçilmiş əsərləri” (2015) kitablarının müəllifidir.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.